Yumurta haqqında bilinməyənlər

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 445
Səs ver:
(səs: 2)
Edilən bir araşdırma, naharda yumurta yeməyin, bədən yağlarının yandırılmasında əhəmiyyətli rol oynadığını ortaya qoydu.
İstanbul Texniki Universiteti Qida Mühəndisliyi Hissəsində edilən araşdırmaya görə , qidalar içərisində ən keyfiyyətli zülala sahib qidanın yumurta olduğu təsbit edildi.

Yumurta zülalı, xaricdən qəbul etməli olduğumuz "lazımlı amin turşuları" ilə zəngindir. Yumurta sağlam həyat baxımından lazımlı A, D, E və B qrupu vitaminləri başda olmaq üzrə bir çox vitamini əhəmiyyətli nisbətdə ehtiva edər.

Zülal, vitamin və mineral baxımından olduqca zəngin olan yumurta, xüsusilə uşaqların fiziki və zehni inkişafı baxımından böyük əhəmiyyət daşıyar.
Yumurta, beynin inkişafında əhəmiyyətli rol oynayır. Yumurtanın faydaları saymaqla bitməz. Yumurta mövzusunda dünyanın fərqli ölkələrindəki universitetlərdə müxtəlif araşdırmalar edilir.
ABŞ-da bir universitetdə edilən araşdırmada, naharda yumurta yeməyin bədən yağının itirilməsində təsirli olduğu təyin olundu.
Yağsız əzələ kütləsinin qorunmasına köməkçi olan amin turşusunun zəngin qaynağı olan yumurta, bədən yağının yandırılmasında əhəmiyyətli rol oynayır.

Universitetdə 10 həftə edilən araşdırmada, naharda yumurta, aşağı yağlı süd məhsulları və yağsız ət kimi amin turşusu ilə zəngin zülal qəbul edən insanların, naharlarında karbonhidratla zəngin bir diyetlə qidalanan insanlarla müqayisədə iki qat daha çox yağ itirdikləri təyin olundu, beləcə yumurtanın fərqli bir faydası da təsbit edildi.

Yumurtada 10 təməl amin turşusu mövcuddur.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri