Qalın gödəkçələri evdə təmizləməyin QIZIL QAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 122
Səs ver:
(səs: 1)
Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Payız və qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, pux materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.

Odur ki, Qadinla.com pux materiallı gödəkçələri evdə yumağın qaydalarını təqdim edir.
Bunun üçün aşağıdakı ardıcıl bu qızıl qaydalara əməl etmək lazımdır.

Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın.

Gödəkçəni tərs üzünə çevirin.

Paltaryuyan maşında yalnız gödəkcəni yuyun.

Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pux yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun.

Yalnız və yalnız maye təmizləyici vasitə istifadə edin. Təmizləyici toz vasitə qətiyyən olmaz!

Paltaryuyan maşının ən incə geyimlər üçün olan rejimini tənzimləyin. Suyun istiliyi 30 dərəcədən isti olmamalıdır. Sıxma funksiyasını isə minimal sürətdə ayarlayın (məs: 400).

Pux materiallı gödəkçəni mütləq havada qurutmaq lazımdır. Onu səliqə ilə asıb, aradabir götürüb, ehmalca çırpın. Bu zaman içərisi yumaq kimi qalmayacaq, və daha tez quruyacaq.

Yadda saxlayın ki, bu materialdan olan gödəkçələrin quruma prosesi bir neçə gün vaxt alacaq. Bütün planlarınızı da buna görə tənzimləyin. Yəni hava şəraiti və bir neçə gün bu gödəkçənizi digər üst geyimi ilə əvəzləmək imkanlarınızı nəzərə alın.

Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 122
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri