Xəyanətim bağışlanacaqmı? (23-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 625
Səs ver:
(səs: 3)

 


Ümidin düşünməkdən beyni bu dəqiqə partlayacaq, dəli olacaqdı sanki:

Ümid: -Yox bu belə olmuyacaq, çölə çıxıb hava almalıyam.. Bunu necə həzm edəcəm?? Offff ALLAHim niyə mən? Niyə Nazlım? Niyə biz?!

Ümid ayaqqabılarını geyinib çölə çıxacaqkən...

Mələk: -Hara gedirsən Ümid gecə vaxtı?

Ümid: -Hava almağa. Ürəyim sıxıldı evdə

Mələk: -Gec qalma. Tez gəl evə

Ümid: -Oldu...


Ümid bir az məhlədən uzaqlaşır. Yol yaxınlığındaki bisetkada oturub, qulağına qulaqcıqlari taxaraq mahnıya qulaq asırdı. Bu mahnı sanki Ümidin hiss etdiklərini ifadə edirdi. Dayanmadan eyni mahnını fırladıb düşünürdü. Enbe orkestrası – Hikaye...

[Hiç durmadan hikayeler anlat bana, uydur uydur güzel hayaller kur 

Dünya dönsün herşey aksın boşver, sen ikimiz için zamanı durdur 

Yalanlar söyle hadi, büyüle kırık kalbimi 

Gerçeklerden fayda yok, çekinme kandır beni]



Çox çəkmirki 2 oğlan Ümidə tərəf gəlirlər

Bəlani axtarmaqla deyil ki, onsuzda bəla özü səni gəlib tapır...

Oğlanlardan biri: -Siqaretin var?

Ümid: -Yox çəkəni deyiləm

Oğlan: -Necə oğlansan ee siqaret çəkmirsən!!! 

Ümid: -Çəkmirəm de ala nə beynimi çöndərirsən yeri get, bəlavi məndən tapma

Oğlan: -Neyniyərsən ala?! (Ümidin üzərinə gedib əl qol ilə danışaraq)

Ümid "Göstərim də neyniyəcəymi” deyərək güclü bir yumruq atır

Vəəə olanlar olmuşdu. Ümid bütün hirsini onu döyməklə çıxartmışdı. Bunu görən dostu, Ümidin boşluğundan istifadə edib yumruq vurur. Ümid dodağının partlamasına əhəmiyyət verməyərək daha qəzəble döyüb, oradan uzaqlaşır. Dodağı partlasa belə Ümid o an hirsini bir şeylərdən çıxmalı idi və o oğlanlar da sadəcə ona rahatlaması üçün kiçik bir kömək olmuşdular...


Ümid əsəbləri gərgin şəkildə evə döndüyündə heç bir hesabat vermədn sadəcə yatmaq istəyirdi. Bir neçə saatlıq da olsa bu dünyadan uzaqlaşmaq. Keçmişi, Nazlını, aralarında olan dialoqları düşünmək ziyandan başqa bir şey vermirdi ona. Nə qədər düşünmək istəməsə belə gözünü yumduğunda qeyri-ixtiyari Nazlının üzü, gülüşü: etdiyi şirinliklər canlandı beynində:

Ümid: -Niyə axı balacam? Niyə mən? Bu qədər beynimdə bizə, gələcəyə dair planlarım varkən niyə məhv etdin axı hamısını? Olmazdı hər şey öz axarında davam etsəydi? Olmazdı biz çox xoşbəxt olsaydıq? Axı mən səndən başqasını istəmirdim. Səndən başqasını gələcək həyat yoldaşım, uşaqlarımın anası kimi təsəvvür edə bilmirdim. Necə davam edəcəm mən? Bu qədər sevərkən. Adi bağlılıq deyilmiş mənimki Nazlım. Bu gün bir dəfə də çox gözəl başa düşdüm bunu. Özümü tanıyıram səni unutmayacağımı da bilirəm...Ama bir tək bundan sonra necə olacağını bilmirəm. Hər gecə yatmamışdan əvvəl dualarımın arasında sən də vardın. Səni mənə çox görməməyini istəyirdim ALLAHdan. Ama olmadı. Biz deyilən bir şey qalmadı artıq...


Ümid ürəyində özü ilə danışaraq, gec də olsa yuxuya gedir. Səhər oyandığında hazırlıqlarına getsə də sözün əsl mənasında dərslərini yola verib, vaxtını feysbukda, həyətdə keçirərdi...

Ümid feysbukunu yoxlarkən 1 mesajın gəldiyini görüb açır. Mesaj Röyadan idi. Onlar Nazlı vasitəsilə tanışmış, bəzən də yazışırdılar:

Röya: -Salam Ümid yaxşısan?

Ümid: -Salam Röya necə yaxşı olum? Məktəbi qutarıram onun fikri bir tərəfdən, digər tərəfdəndəki gözləmədiyim xəyanət... Beynimdən fikirləri necə çıxardım bilmirəm...

Röya: -Çıxara bilmiyəcəksən. Fikrivi dərslərə ver çünki gələcəyin həll olunur.

Ümid: -Alınmır eee gözləmədiyin 1 insan...

Röya: -O da istəməzdi belə olsun. Ama olan olub artıq. Sən indi bunları düşünüb dərslərini boş buraxsan 1 ilivi itirəcəksən. Ən azından ailəvi, anavı düşün. Uniyə girməsən pis olacaqlar

Ümid: -Röya yaxşıda. Nəyi istəməzdi axı. Bilə-bilə elədiyi şey. Bilirdi ki eləsə məni itirəcəy. Niyə eliyirdi? Kimsə məcbur eləmişdi onu ki get başqasına şans ver? Bu həyatda anamdan əziz, onun qədər çox istədiyim heç kimsə yoxdur. Əlbəttəki onun pis olmağına imkan vermərəm...

Röya: -Həmin an onun nə fikirləşdiyini niyə elə elədiyini biz bilə bilmərik. Təbiiki hamımızın səhvləri olur və mən də istəmirəm tərəf saxlamış kimi olam. Ona görə bu mövzuda danışmıyacam. Sənə sadəcə 1 məsləhətim var şəxsi həyatının dərslərinə təsir eləməyinə imkan vermə əsla

Ümid: -Sən sadəcə Nazlının tərəfin buraxmaq istəmirsən. Nədə olsa məndən çoox çoox yaxındı sənə. Həmin an onun nə fikirləşdiyi...

Röya: -Düz deyirsən. Mən də onu deyirəm də istəmirəm tərəf saxlıyım. Səni də başa düşürəm çünki. Düzünü desəm sizin sevginizə həmişə qibtə eləmişəm. Belə 1 şey olacağını düşünməzdim. Onun belə eləməyində təkcə onu günahkar bilmirəm kənardan baxan 1i olaraq. Düzdü bizdə belə 1 şey var ki, oğlanlara hər şey olar ama qızlara yox. Məncə bütün bunların başlıca səbəbi aranızdakı mənasız məsafələr olub. Biz qizlar həmişə bizi daha çox sevənin yanında olmaq istəyirik nəinki sevdiyimizin. Yəni o elə hərəkət eliyibsə düşünmə ki səni sevmədiyindən. Bəlkə də sənin sevgini elə çox hiss eləmiyib. Yəni bu hadisənin çoxdan olduğunu nəzərə alsaq.

Ümid: -Mən səf eləməmişəm məni itirən qoy pis olsun mən yox. Nəysə ee Röya. Sənin də başıvı ağratdım bagışda. Keçmişə baxdıqda sadəcə gülüb keçərəm ))) Özündən muğayət ol...

Röya "Nə zaman istəsən. Hələlik" deyib sağollaşır



(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri