Dəyişə bilməyəcəyimiz dörd şey

Müəllif: ŞehZam
Şərhlər:
Baxılıb: 1600
Paylaş:
Səs ver:
(səs: 5)

 Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni  götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda  qadın:

 " Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

 

Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!

 


loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1600
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook