Çiçəyin tökülən ləçəkləri (3-cü bölüm)

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 2122
Paylaş:
Səs ver:
(səs: 6)
Səhər açıldı. Çiçəkgilin evlərində ad günü hazırlığı gedirdi. Axşama Süleyman ailəsi ilə gələcəkdi. O gün bütün qohumları, rəfiqələri Çiçəyi təbrik etdi. O cümlədən Süleymanın anası, atası, xalaları, nənəsi, Fərhad, Zeynəb və bir çoxları. Süleymangillərin təbriki Çiçəyə daha çox xoş gəlirdi.
Artıq onların gəlməsinə az qalmışdı. Çiçəyin əl ayağı bir birinə dolaşırdı.
Süleyman: Canım neynirsən?
Çiçək: Nişanlıma süfrə açıram.
Süleyman: Hə? əcəb edirsən, aç ))
Çiçək: Evdən çıxanda denən də mənə.
Çiçək həmişə belə deyirdi "bax evdən çıxanda xəbər elə ha". Çatacaqları vaxtı hesablayır, aynanın qabağına keçir özünü düzəldirdi. Qapının zəngi çalındı. Və nəhayət gəldilər. Yeməklər yeyildi, tort kəsildi, çay süfrəsindən sonra gənclər yenə başqa otağa yığıldı. Süleyman balaca bir qutu çıxartdı. Vəziyəti başa düşən Fərhad Çiçəyin qardaşını da götürüb otaqdan çıxdı. Süleyman qutunu açdı, içində üzük vardı. O 1ci dəfə idi ki, bir qıza üzük verirdi. Odur ki biraz həyəcanlıydı. Çiçək birdən şirinlik edərək Süleymanı qabaqladı. Əlini ona uzadaraq:
-Özün tax )))
Süleyman gülümsədi və üzüyü Çiçəyin nişan barmağına taxdı. Onu öpərək "səni sevirəm" dedi. Çiçək yanaqları qızarmış vəziyətdə anasıgilin yanına qayıtdı. O hər dəfə Süleyman onu öpəndə utanırdı, elə bilirdi hamı biləcək onun öpüldüyünü.
Axşam hamı getdikdən sonra evdə xoş bir ətir qalmışdı. Süleymanın ətri. Hər dəfə onlar gəlib gedəndən sonra bu ətir ən az 1 gün evdən çəkilmirdi. Hətta onlar qucaqlaşanda onun ətri Çiçəyə çökürdü. Çiçək də ən çox bunu sevirdi. Onun ətrini. Ondan sonra paltarını yumaq istəmirdi. Hər darıxanda götürüb iyləsin deyə.

loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 2122
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv