Maskalı həyat(Bölüm 17)

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 5 010
Səs ver:
(səs: 5)
Bəzən və yaxudda məndə heç nə planladığım kimi getmir. Oyunu qəbul edəndə düşüncələrim də belə çətinliklər yox idi. 
-Süsən ordasan?
-Hə nə yazıx ki
-Bilirəm çətindi.
-Nə vaxt gedirik paltara 
-Məncə sən xoşbəxt insansan
-Niyə?
-Hansı qızın sevgilisi onunla paltar almağa gedir nə olsun yalançı da olsa sevgilinəm
Bu sözünə həqiqətən güldüm. Anam həmişə atamdan bu mövzuda şikayət edərdi. "Bu kişini özümlə paltar almağa aparsam tarixə salacam. Hər il də bayram əvəzi qeyd ederəm" anamın sözləri. 
-Hə bax o düzdü. İşə yaradığın məqamlar da olur
-Xidmətinizdə həmişə hazırıq Süsən xanım
-Kamran bəy vaxtı deyin bir zəhmət 
-Dəqiq bilmirəm ama axşama doğru işlərimi bitirib gələcəm.
-Gec olmaz?
-Sən narahat olma. Birdə mənsiz bayıra zada çıxma 
-Bıy bu da təzə çıxdı?
-Süsən sağol
Deyib zəngi sonlandırdı. Mən artıq gələcəyi görər kimiyəm. Qəzetlərin, jurnalların başlıqların bu sözlər bəzəyəcək
"Şok şok şok gənc sevgililərə nə oldu? Kamranı sevgilisi niyə yeddi yerindən bıçaqladı? Kamran sağ qalmağa nail oldu mu?"
Mənim də bir dənə qəşəng şəklimi vurublar Kamranın da meymuna bənzəyən şəklin çabalayan yerdə. Hə dəqiq belə olacaq. 
---Meşədə dəli kimi qaçıram. Arxamca da iki canavar gəlir. Artiq nəfəsim çatmır qaçmağa. Əslində qaçanlar insandılar ama canavara çevriliblər.
Ən son taqətimi itirib yerə çökürəm. Canavarlar yaxınlaşır ki biri belimdən tutur. Bu Kamrandı. Onun bu meşədə nə işi var? Canavarlar üstümüzə atlayan zaman Kamran plaşının altına salır özünü də məni də.
Biz artıq bir qaladayıq. Mən hələ də onun qollarındayam. Onun gözləri qırmızı rəngdədi.
-Süsəəəən
Onun Süsən deməsi bütün qalada əks səda verir. O məni öz ahənginə alıb. Heç nə hiss etmirəm sadəcə onu görürəm. O məni əyir boynumu önə çıxardır. Vampir dişlərini boynuma keçirmək istəyir ama ən son boynuma öpüş qondurur.
Qonaq otağındakı divandan necə diksinərək ayılıramsa tərs mayallaq sevimli döşəməmizlə qovuşuram.
Anam səsə qaçaraq mətbəxdən gəlir
-Nə olub ay bala
-Heç ana yoxluyuram döşəməmiz dözümlüdü ya yox
-Dəlisən qızım? Özünü niyə atırsan yerə
Gözlərimi süzdürərək anama baxdım
-Hə ana qəsdən özümü atdım canımdan bezmişəm.
-Nə halın varsa gör deyərəm ama ürəyim gəlmir. Bir yerin ağrımır?
Mən hələ də yerdən qalxmamışdım.
-Yox ana. Döşəməyə də heç nə olmayıb
Bu dəfə anam gözlərin süzdürüb getdi.
Saat 18:00. Hələ də Kamranın nə izi var nə de tozu. Bu adam məni öldürəcək. 
Bu nə yuxu idi? O qədər kinoya baxmağın təsiri bundan artıq olmayacaq ki. Kamran kim vampir olmaq kim. Ama yaraşırdı hələ o baxışı hələ o boğazımı.... Süsənnnn özünə gəl deyərək içimdəki ağıllı dilləndi.
Qapı döyülür. Anam da mətbəxdə yemək bişirir barı mən gedim açım.
Qapını açan kimi Kamran nə qədər vecsiz bir o qədər də isti baxışların mənə yönəltdi.
-Hazırsan ?
-Salam Kamran bəy
-Bu hazır olduğunu göstərir
Anam mətbəxdən çıxıb. Aha indi başlayacaq
-Xoş gəldin oğlum
-Xoş gördük Sevda xala. Yəqin icazəniz varda. Süsəni sabah dəvətə aparacam ailəmlə indi paltar almağa gedək.
Anam narazı şəkildə də olsa 
-Yaxşı oğlum
Şükür bundan başqa heç nə deyilməyə kaş.
Anam mətbəxə gedirdiki çevrildi
-Kamran oğlum ailən bizə nə vaxt qonaq gələcək
Mən udqundum. Elə udqundumki hətda Kamran da eşitdi. Ax ana ax. Nə hallara saldın məni. Bilirəme canını qurtarmaq istəyirsən məndən ama niyə belə tez nolub?
-Sevda xala atamın işləri ilə bağlə başı qarışıqdı bir az yaxın günlərdə İnşALLAH.
Anam gülərək
-İnşALLAH 
Deyib nəhayət o mətbəxə girdi. Elə sanırdım ki bu söhbət bitməyəcək. 
----Nəhayət biz artıq iri keçən dəfəkindən də iri bir paltar dükanına girdik. Saat artıq 19:30 olmasına baxmayaraq hələ də axın var idi. Özdə ali təbəqənin üzvləri olduğu hər hallarından bəlli idi. Kamran gülərək əlimdən tutaraq içəri keçirtdi. İşçilərdən biri o dəqiqə qaçıb mənə də yox Kamrana yaxınlaşdı
-Buyurun. Necə kömək edə bilərəm
Kamran heç ona fikir vermədən
-Xanımdan soruşun
O mənə süni gülümsəmə edərək
-Necə kömək edə bilərəm?
Mən də ona Kamran kimi davranıb
-Lazım olanda çağırarıq
Deyib Kamranın əlin sıxdım. Bu əsəbdən olan bir şey idi. Ama mən nəyə əsəbləşmişdim.
Kamran mənə baxıb gülərək 
-Gəl seç
Mən utanaraq
-Necə paltar seçim?
-Necə istəsən seç bir neçəsin sonda da uyğunun mən seçərəm
-Yoo yəni uzun qısa? Yəni dəvət necə dəvətdi?
-Uzun seçsən səndən yoxdu.
-Of Kamran offff
Deyib asılqanlardan asılan paltarları bir bir nəzərdən keçirdim. Geriyə Kamrana baxdım ki bayaq ki qız Kamranın ətrafinda o yana bu yana gedir.
Ölüm axtarana ölümü verəllər. Bu oğlanda nə görübləre meymundan fərqi yoxdu. Pəzəvəngdi. 
Gedib Kamranın əlindən tutub
-Əzizim seçə bilmirəm çətinlik çəkirəm kömək et
Kamran caşaraq bir mənə baxdı. Sonra özün ona sırıyan qıza baxdı
-Xanım ən gözdə olan paltarları getirin
Deyib əlimi əlindən çəkib qoynunda birləşdirdi. 
-Sən isə get geyinmə otağına paltarları göndərəcəm bir bir.
Sən də qızla tək qal hə? Yuxunda görərsən Kamran bəy.
-Sən də gəl
Əsəbin verdiyi ağılsızlıqla dediyim sözün sonradan fərqinə vardım.

P.S:Ardı var
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 5 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri