Me vs You (9-cu bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 445
Səs ver:
(səs: 5)
Hər şey hər zaman istədiyimiz kimi olmaz. Həyatın əyləncəsi də bundadır. Bizim gözləmədiyimiz kiçik sürprizlər... Əli bu an onu böyük bir sürprizin gözlədiyinə əmin idi. Ailənin bütün üzvləri bir masa ətrafında toplaşmışdı və nə kəramətdirsə hamısı Əliyə baxırdı. Bu baxışlar isə olduqca şübhəli görünürdü. "görəsən bu dəfə nə planlayıblar? Yoxsa övladlıq olduğumu deyəcəklər? Təəccüblənmərəm yəni. Dayan bir dəqiqə, mən bu baxışları xatırlayıram. Hələ bu Elman da bişmiş kəllə kimi dişlərini ağardırsa, deməli nəsə yaxşı şey deyil. Nə planladığınızı bilmirəm, amma mən də Əliyəm! Görərik kim qalib gələcək.”- deyə düşünən Əli, gözlərini qıyıb hamıya bir-bir baxdı. Amma deyəsən onun bu "dələn” baxışlarını vecinə alan yox idi. Hətda Rəşib bəyin dodağı qaçdı, Elya xanım isə gülümsədi. Bircə Elman ən azından 32 diş gülümsəməyini yığışdırdı. Bayaqdan sakit dayanmış Cəmil kişi, boğazını arıtlayıb sözə başladı:

- Oğlum sənin işin var, çox şükür evimiz var, maşının da var. Yaşın da çatıb, yaşıdlarının uşağı məktəbə gedir artıq. Odur ki, biz oturduq fikirləşdik ki, sənə bir qız tapmağın vaxtı gəlib çatıb...

- Ay şükür.

Əli hər kəsin mat-məəttəl ona baxdığını görüb, səhv etdiyini anladı. Elman belə ona gülüb, "nolub adə...” deyə pıçıldamışdı. Qulaqlarına kimi qızarmış Əli sözü dəyişdirməyə çalışdı:

- Yəni şükür bu günümüzə.

Heç kəs buna inanmasa da, inanmış kimi davrandılar. Rəşid kişi:

- Bax sən qardaşımın oğlu olsanda, öz oğlumdan ayırmıram səni. Çünki ikinizdə fərsizin yekəsisiz... Yəni sözümün canı sənə gəşşəng bir qız tapmışam. Ağıllı-kamallı, gözəl-göyçək, xanım-xatın bir qızdı. Lap elə sənlikdi.

"Tapan əmimdisə şübhələnmək lazımdı. Sonra ifritə-mifritə bir qız çıxar.”- deyə Əli ürəyindən keçirdi. Başını güya utandığından aşağı əysə də, altdan-altdan atasının, anasının üzünə baxırdı. onlar da razı görünürdülər. Deməli təhlükə yox idi.

- Siz bilərsiz əmi.

- Hə hə, onda sabah elçi gedirik.

- Sabah?!

- Əlbətdə, qızın adını çıarmısan. Nə qədər tez olsa, o qədər yaxşıdır.

Deyəsən Əli artıq bir şeyləri anlamağa başlamışdı. Gözlərini döyüb, əmisinə baxdı. Qorxu qarışıq ümidlə pıçıldadı:

- Hansı qız?...

- Hansı qız olacaq, Jalə qızım.

- Nə?! Mən əsla....

- Qızla nişanlı olduğunu hamı bilirmiş bir bizdən başqa.- deyə küskün-küskün dilləndi Cəmil bəy.

- Ata bax o...

Elya xanım:

- Əl-ələ gəzmisiz...- deyib, mənalı-mənalı göz vurdu.

- Amma o...

- Bir də ofisin ortasında qız sevdiyini dedi.

Əli Elmana tərəf dönüb, yumruğunu sıxdı. Elman çiynini çəkib, əli ilə atalarını göstərdi. Əli onların yanənda Elmana heç nə edə bilməzdi. Ondan əl çəkib, ailəsinə açıqlamağa başlayacaqdı ki, hamının onu yaddan çıxarıb öz aralarında danışdığa başladıqlarını gördü.

- Ay əmi... ana? Ata...? biriniz mənə qulaq asacaqsız?!

Cavab yox idi. Bilirdi, bu artıq onun deyəcəyi heç bir şeyi veclərinə almayacaqları demək idi. Başını əlləri arasına alıb, stula çökdü.

- Hamısı...hamısı o ifritənin planıdı. məni ələ keçirə bilmədi, ailəmi ələ keçirdi. Indi yəqin sevindiyindən bilmir neyləsin...

*****

- Əsla olmaz!

Jalə atasının yanında qışqırdığının fərqinə varıb, başını aşağı saldı. Anasıgil Əlinin ailəsinin elçi gəldiyini deyəndə, əsəbdən nə edəcəyini bilməyib, stuldan sıçrayıb qışqırmışdı. İndi sakitləşməyə çalışıb, biraz asta tonda dedi:

- Mən istəmirəm. deyin, zəhmət çəkib gəlməsinlər.

- Gələcəklər. Başqa yolu yoxdu.

Nadir kişi sözünü deyib, üzünü çevirdi. Bu qərarın onun da ürəyindən olmadığı bəlli idi, amma...

- Ay qaqa qız deyir istəmirəm, da nəyə gəlirlər? Kimi verəcəksən onlara? Zorla verəcəksən qızı?! O birçəklərini bir-bir yolaram haa...

- Bəsdi! Qızın adına söz çıxıb, orda-burda nişanlı olduğu deyilir. Başqa yolu var bunun?! Camaatın dilinə düşək?!

Yetər xanım qardaşını heç belə əsəbi görməmişdi. Hər davalarında son sözü o deməli idi, amma bu dəfə dinməyə cəsarəti yox idi. Jalənin yazıq baxışları ürəyini parçalasa da, susurdu.

- Mənim onlara veriləcək qızım yoxdu. Camaat da getsin özünə məşğələ tapsın. Onların ağzına baxıb, bədbəxt eləməyə böyütməmişəm qızımı.

Nəinki Jalə ilə Yetər xanım, hətda Nadir kişi də təəccüblə Sima xanıma baxırdı. 25 illik həyat yolda.ının səsinin belə yüksəldiyinə heç şahid olmamışdı. Hələ birdə Nadir bəyin sözünün qabağına söz demək?... Sima xanım isə buna peşman görünmürdü. Gözlərini qırpmadan Nadir kişiyə baxırdı.

- Yaxşı... hələ bir gəlsinlər, baxarıq.

Yetər xanım qardaşının kürəyinə vurub, gülə-gülə dedi:

- Ay sağol. Bu 40 ildə ilk dəfə adam kimi söz dedin. Deməli ki, o keşəl başın balqabaq deyilmiş. Bax mən deyirəm, onlara qızı versən, toy günü özüm bəzənib-düzənib oturacam maşına. Nə fərqi var eee, məndən yaxşı gəlin tapmayacaqlar ki.

Nadir bəy:

- Mən qarğış yiyəsi olanmaram. Camaatın başında turp əkib, buğda biçərsən sən.- deyib, başını buladı.

Onun bu sözünə hər kəs gülsə də, bir tək Jalənin gülüşü ürəkdən deyildi. Atası fikrini dəyişdirməmişdi, sadəcə qətiliyini azaltmışdı. Onu əsas narahat edən isə...

Otağına keçib, telefonunu götürdü. Ekrandakı ada bir müddət baxdı.Həyacandan əlləri əsirdi. Axır ki, cəsarətə gəlib, zəng etdi. Qarşı tərəf zəngi qəbul edib, biraz kobud səslə "alo” dedi...

30 DƏQİQƏ SONRA:

Əli qarşındakı qıza düşmən kimi baxırdı. Elə Jalənin də baxışları dostcasına sayılmazdı. Ikisi də bu olanlarda bir-birini günahkar görürdü.

- Məni bura sən çağırmısan. Nə olub? Yoxsa feministliyim tutub, sən elçi gəlmək istəyirsən?

- Bax bu yaxşı fikirdi. Amma yox. Gəlməməyinizi istəyirəm.

Əli təəccüblə Jaləyə baxdı. Yox, o ciddi görünürdü.

- Bəs... sən bunu istəmirsən ki? Yəni məni...

- Mən işləmək, həyatımı qurmaq istəyirəm. Bu an ən son istəyəcəyim şey bir neandertalla evlənməkdir.

- Ay elə mən ölürdüm sənin üçün. Zarafatsız, səni almaqdansa ölməyi üstün tutaram. Amma bilirsən, söz-söhbət çıxıb birisinin hərəkətlərinə görə... İndi gəlsin bizimkilər, sizinkilər də yox desin. Hamsı bitsin.

Jalənin son ümidi də tükənirdi. Əlinin buna razı olacağını zənn etmişdi, amma onun da ailəsinin sözündən çıxa bilməyəcəyi ağlına belə gəlməmişdi. Başını aşağı saldı. Əli də onun bu ümidsiz halını görüb pis olurdu. Üzünü yana çevirib, vecinə deyilmiş kimi davranmağa çalışdı. Amma alınmırdı. Stulunu qabağa edib, Jaləyə yaxınlaşdı. Yumşaq bir səs tonuyla danışmağa başladı:

- Bax, bu nöqtədə ailəmə "getməyin” deyə bilmərəm. çünki birisi elə şeylər edib ki, adımız nişanlıya çıxıb. Indi o birisi ucbatından bizdə bu vəziyyətdəyik. O birisi biraz ağıllı hərəkət etsəydi...

- Başa düşdük. Başqa birisi də, bu qədər axmaq olmasaydı hər şey daha rahat olardı! Mən xəyallarımı, arzularımı başqalarının danışacaqlarına görə qurban vermək istəmirəm... Həm sən...

- Neandertal, dürdüşüncəli, nə bilim nə. Amma sən bu neandertalı sevirsən.

Jalə Əlinin ona özündən razı baxdığını görüb, daha da əsəbləşdi. "bu beyinsizə etiraf edən yerdə ağlım hardaydı mənim? Əz onu, əz Jalə!”.

- Birincisi sevmirəm. ikincisi isə, göndər elçilərini! Xalamla sizə xoşbəxtlik arzulaıram. əgər əlindən sağ qurtulsan!- deyə qışqıran Jalə, masadan qalxıb kafedən çıxdı.

Əli isə nə olduğunu anlamayıb, çiynini çəkdi. Pıçıldadı: "xala? Xala kimdi? Onunla mən niyə?”

Səhərisi gün hər iki evdə də ciddi hazırlıqlar gedirdi. Şirniyatlar, çiçəklər, ən gözəl paltarlarını geyinmiş qonaqlar. Bu təlaşdan xoşlanmayan iki nəfər isə, elə bu təlaşın səbəbkarları idi. Əli adamlardan çox, hədiyyələrlə dolmuş maşını işə saldı. Biraz sürüb, göyərçin heykəlinin qarşısında saxladı. Vicdanı onu narahat edirdi. Əlini sükandan çəkməyib, gözünü yol ayrıcına dikmişdi. Yanında oturmuş Rəşid kişi biraz narahat dilləndi:

- Noldu Əli? Getmirik?

"Mən xəyallarımı, arzularımı başqalarının danışacaqlarına görə qurban vermək istəmirəm...”. Əli telefonu cibindən çıxarıb, zəng tarixçəsindəki bir nömrəni yığdı...

******

Jalə ekrandakı adı görüb duruxdu. Niyə bu vaxtı ona zəng edirdi ki? Narahat şəkildə ona baxan ailəsinə gülümsəyib, zəngi aşdı:

- Alo.

- Sizin ev göyərçindən solda idi?

- Nə? Orda ev varki, əlbətdəki sağda.

- Deməli solda hə?

Jalə təəccüblə çiynini çəkdi. Yəni Əli bu qədər axmaq idi? səsini daha da yüksəldib, onu acılamaq istəyirdi ki... Birdən gözləri işıqlandı. Telefonu qulağına tutub, sevincək dedi:

- Hə, sağda...

Bütün gecə bir ailə həyacanla qonaqları gözləyərkən, digər ailə Mingəçevirin boş küçələrində dolanırdı.

 

Ardı var...
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri