Susqun (Bölüm 4)

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 5 301
Səs ver:
(səs: 5)
Bənövşə oğlanın geniş sinəsinə sığınıb, özünü dünyanın ən xoşbəxt insanı hiss edirdi. Sanki onu saran bu qollar, onu hər kəsdən, hər şeydən qoruyacaqdı. Birdən şirin bir xəyaldan ayılmış kimi diksinib, onu itələdi. Bir anlıq üzünə baxıb gülümsəyib, arxasını dönüb məktəbə tərəf getdi...

Murad qız getsə də, onun arxasınca getmədi. Bu gün o qız haqqında hər şeyi öyrənib, anası ilə danışıb bu məsələni həll etmək istəyirdi. Səhər buna o qədər
əmin olmasada, artıq əmin idi, o qız onun olmalıydı.
ßölüm 4 "Susqun…”

Günortaya kimi hər şeyi öyrənmişdi. "Demək adın Bənövşə imiş balaca. Qəribədi, hamı səni sakit qız kimi tanıyır, deyəsən tək mənə qarşı belə kobudsan. Eybi yox, mən səni sakitləşdirərəm"-deyə düşünüb gülümsəyirdi, amma onu narahat edən bir şey vardı. Bənövşənin atası haqqında heç də yaxşı sözlər demirdilər, anasıda bunu qəbul etməyə bilərdi. Lakin atası öldükdən sonra, evin bütün yükünü o çəkmişdi. Bakıda oxuyanda belə işləyib evlərinə pul göndərirdi. Yəni artıq evdə onun sözü keçirdi, ya da o belə zənn edirdi...

-Nə?! Kimin qızını dedin sən?
-Vasif dayının qızı, Bənövşə.
-Deməli öz bacım qızını qoyub, o sümsüyün qızına elçi getməliyəm?!
Murad bayaqdan dəvam edən bu "söhbət"dən sıxılıb, əlləri ilə başını tutdu.
Alagöz xanım oğluna yaxınlaşıb, ona hökm edə biləcəyinə əmin səs tonuyla dedi:
-Mən o qızı almayacam! Sən öz xalan qızınla evlənəsən!
Murad başını qaldırıb anasına gülümsəyərək baxdı. Birdən ciddiləşib əsəbi şəkildə:
-Mən Könüllə yox, Bənövşə ilə evlənəcəm ana! 3 gün vaxtın var, ya el adətiylə elçi gedirsən, ya da mən onu qaçırıram. Hər iki halda o bu evə gəlin gələcək, bunu bil!-deyib ayağa qalxıb, qapını çırpıb evdən çıxdı.
Alagöz xanım öz oğlundan belə sözlər gözləmədiyindən halı pisləşdi. Stula oturub, əliylə əsəbdən ağrıyan başını tutub qışqırdı:
-Firuzə! Valerian gətir!
Qızının gətirdiyi dərmanı susuz udub, əsəbdən titrəyə-titrəyə pıçıldadı:
-Deməli mən, Alagöz xanım öz ali savadlı oğluma o sümsük Vasifin qızını almalıyam. Nolarki, mənə də Alagöz deyərlər. O qızın bu evə gəlməsiylə, getməsini arası 4 aydan çox çəksə, adımı dəyişdirərəm...

1 AY SONRA:
Artıq elçilik olmuş, üzüklər belə taxılmışdı. Qızını onsuzda ərə vermək istəyən Vasif bəy, kəndin ən hörmətli ailəsinə Bənövşəni sorğu-sualsız vermişdi. Əslində bu elə Bənövşənində ürəyincə idi. Anasını tək qoyacağı üçün pis olsada, Muradın həmişə onu qoruyacağına inandığı üçün, onunla evlənməyinə sevinirdi.
Uzun müddət nişanlı qalmağa yaxşı baxılmadığına görə, bir həftə sonra toyları olacaqdı. Nişanlandığından bəri atası onu məktəbə getməyə qoymurdu. Lakin bu gün atestat imtahanını verməli idi.(müəllif: Cəmilə Məmmədli) Bu imtahana getməsə 11 illik əziyyəti heç olacaqdı. Bunun üçün səhər xüsusi sevinclə hazırlaşıb məktəbə getmək istəyirdiki, atası onu saxladı:
-Hara gedirsən?
Bənövşə qorxudan kəkələyərək dedi:
-Mə..mən məktəbə. Bu gün atestat imtahanı var ata.
Atası qəzəblə yumruğunu qapıya vurub dedi:
-Nə məktəb?! Sən nişanlısan, o imtahamada, kağızda mənə lazım deyil. Get gir otağına!
Bənövşə eşitdiklərinə inana bilmirdi. 11 il anası da, özü də atasının "kağız" dediyi sənəd üçün çox əziyyət çəkmişdilər. İndi isə atası onun bu arzusunu məhv edirdi. Amma əlindən heç nə gəlməzdi, ağlamaqdan başqa...
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 5 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri