Məcburiyyət (14-cü bölüm)

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 5 689
Səs ver:
(səs: 3)
Kənan atasının sözünə əhəmiyyət verməyərək Firuzənin arxası ilə getsə də Firuzə Kənanı gözləmədən öndə qaçırdı.
- Firuzə, Firuzə dur. Nə oldu birdən?
- Bir daha məni heç nəyə məcbur etmə. Belə ani qərarlarına məni də qatma
- Niyə? Ailəmlə tanış etmək istəyimin nəyi pisdir?
- Pis deyil.. Çox sağol, amma bir daha olmasın. Ümumiyyətlə bir daha qarşılaşmayaq.
- Axı nə oldu? Atamın sualları səni sıxdı. O elədir. Həmişə sorğu suala tutur. Amma..
- Yox.. səninlə əlaqəsi yoxdur. Ailənlə də əlaqəsi yoxdur. Amma istəmirəm.
- Firuzə? Nə baş verir. Nə oldu axı birdən?
- Kənan mən getmək istəyirəm. çox sağol.. sayğım hörmətim sonsuzdur ailənə gözəl insanlardır, amma gərək məni dəvət etməzdin.
- Mən sadəcə sübut etmək istəyirəm.
- Bilirəm.. bilirəm. amma olmaz. Bağışla... bağışla kənan. Səninlə əlaqəsi yoxdur. Taxi gəlir mən gedim.
- Özüm aparacağam.
- Yox.. atan da çağırır, get sən. Mənim əvəzimdən də üzrxahlıq et.
- Yaxşı.. Amma çatanda xəbər et. Anlamadım heç nə.
- Heç nə.. heç nə baş verməyib. Hələlik.
Kənan heç nə anlamadı. Firuzənin təlaşının səbəbini yenə də özündən bildi. Bəlkə də hələ də tərəddüd edir deyə düşündü. Evə döndüyündən atasının masa arxasında olmadığını gördü.
- Kənan, gərək atana baxmazdın qızı evinə aparardın. Gənc xanımdır. Gecə vaxtı.
- Istəmədi. Atam əhvalını korladı onun.
- Ayda ildə bir dəfə qızla tanış etdin onu da Sinan imkan vermədi. Mənə bax Kənan bibinə düznü de. Sən evə qız gətirmzədin. Bu elə belə dost ya da iş yoldaşı deyil hə?
- Bibi həqiqətən işçimizdir. Sadəcə yeməy gətirdim ki, türkiyədə adətlər necədir görsün
- Aha mən də inandım.
- Bibi?!
- Bibin düz deyir. Mən də gördüm o qara qıza baxışlarını. Qara maradır , amma şirindir. Axır ki, düzgün birini tapdın. O nəydi kukla kimi bəzənib düzənmiş qızlar.
- Fatma xala?! Sən də? O qızın nəyini mənə yarşdırdın.
- Aaa elə demə. Qızın şərqlilərə məxsus sirli gözəlliyi var. Həm də bəllidir ki, elə belə ailədən gəməyib. Fikir verdim çəngəl qaşıqla çox düzgün rəfdar etdi. Bunu ancaq elit təbəqədən insanlar bilər.
- Yuh.. nəyə fikir vermisiniz..
- Bəs nə bilmişdin. Qız bir kəlmə belə artıq danışmadı. Nədir gərək boş boş ağızna gələni danışsın ya da qırmızı dodaq boyası vurub ayağını ayağının üstünə aşırsın?
- Yox.. firuzə onsuzda elə qız deyil. O daha çox sadə geyinir. Sadəcə bir dəfə gecə paltarında görmüşəm. Nə yalan deyim onda mən də fərqinə vardım ki, onda bir şeylər var. Diqqətimi çəkəcək şeylər.
- Bax görürsən? Sən özün belə fərqinə varmısan qızda olan fərqliliyini.
- Bax sənə indi nənə deyərəm aa..
- Bax sn buna. Məni hədləyire.. indi göstərərəm sənə.
- Kənan! Otağıma gəl.
- Atana dua et. Yoxsa əlimdə qalardın.
Kənan Sinan bəyin yanına gələrək stulda yerini rahatladı.
- Eşidirəm?
- Bu nə deməkdir?
- Nə nə deməkdir?
- O qızın bu evdə nə işi var?
- Yeməyə gətirmişdim. Olmaz? Yoxsa icazə almalıydım?
- Kənan. Sən deyəsən yavaş yavaş olan qalan ağlını da itirirsən.
- Başa düşmədim.? Nə əlaqə?
- Nə əlaqə? Nə əlaqə demək...o qıza necə baxdığını gördüm.
- Ata sən də başlama.. bu sadəcə...bu ona verəcəyim cəzanın bir parçasıdır.
- Allahım mənə səbr ver. Oğlum. Sənin özündən xəbərin var. Bu qız həyatına girəndən nə gecə həyatı, nə tənbəllik nə qızlar yoxdur. Varsa da yoxsa da bu qız. Nə vaxt baxıram onun yanındasan.....Gülmə Kənan.. söz danışıram gülmə.
- Necə gülməyim. əvvəllər qızlar gecə həyatı var idi deyə, işə gəlmirdim deyə danlayırdın. Indi bunların əksini edirəm deyə. Sənə də yarana bilmədim getdi.
- Mən bunlara görə, danlamıram. O qıza ilişib qalmağına görə danışıram. Səni öz təbəqəmizdən biri ilə evləndirəcəyəm. hər önünə çıxan üstəgəl ailəsi bəlli olmayan..
- Ata dedim axı. Narahat olma. Bu sadəcə oyunun bir parçası idi. tezliklə bitcək oyunun.
- Hələ də oyun deyirsən. Bilmirəm. o qızı bir daha ətrfında görsəm bu işə özüm əl atacağam. Həmm bilməyini istədiyim bir şey var. O qızı araşdırdım.
- Ata... bəsdir. Nəyini araşdırdın. Sadə bəsit bir qızdır. Narahat olma dedim. Bu iş bitəcək
- Yaxşı...yaxşı.. sən deyən olsun. Gedə bilərsən.

***

Səhəri gün departamentə hər kəsdən əvvəl yenə Firuzə gəlmişdi. Fikirli halda masa arxasında əyləşib yenə də ağ kağızı qara qələmlə qaralayırdı. Ayşənin girməsi ilə Firuzə ona ilişməsin deyə başqaları gələnə qədər otaqda birlikdə olmaq istəmədi. Dərhal yerindən durub otaqdan çıxmışdı. Ayağını çölə qoymuşdu ki, kuryerin əlində zərflə içəri girməsi bir oldu.
- Sabahınız xeyir. Firuzə xanım?
- Yoxdur.
- Zərf ona çatacaqdı.
- Mənə nə. Gözlə orada....ya da dayan...verin mənə mən çatdıraram.
- Amma..
- Aaa fərqi nədir. O Allah bilir nə vaxt gələcək. Mən çatdıraram narahat olmayın.
- Yaxşı. O zaman bura imza atın zəhmət olmasa.
Ayşə kuryerin kağızına baxmadan imza ataraq zərfin sağını solunu çevirərək baxmağa başladı. Kuryer ayağın çölə qoyar -qoymaz zərfi açmağa cəhd etdi.
Baxaq görək nə gizlədirsən bizdən Firuzə xanım.....vay vay vay... demək belə ha... korun istədiyi bir göz Allah verdi iki göz.
Ayşə əlində zərfi oxuya oxuya sevinərək yerinə keçdi. Və zərfi paramparça edərək zibil qutusuna atdı. Işçilər yavaş yavaş yığışışrdılar. Firuzə isə iclas vaxtını gözləmək üçün bağçada oturmuşdu. Kənanın uzaqdan gəldiyini görsə də əhəmiyyət verməyərək baxışlarını ayrı nöqtəyə zilləmişdi.
- Salam.
- ....
- Dünənə evə çatanda xəbər elə dedim. Amma eləmədin
- ....
- Düzdür axşam gəldim baxdım eyvanda oturmuşdun. Demək sağ salamat çatmışdın.
- ...
- Yenə nə oldu? Kim dəydi xətrinə?
- Heç nə..
- Niyə o zaman beləsən.
- Kənan xahiş edirəm. tək qalmaq istəyirəm.
- Hmm.. ok... problem yoxdur.
- Ey. Neynirsən.. burax qolumu.
- Gəl gedək. Tək qalacağın yerə aparıram.
- Uşaqlıq etmə. Işlərim var. Burax qolumu. Bezdim sənin bu hərəkətlərindən.
- Mən sənin rəhbərinəm bu günlük icazə verirəm.
- Zarafat eləmriəm burax qolumu. Hamı bizə baxır. Buabər oldum sayəndə.
- Mən biabır oldume.. məni hələ belə görən olmayıb. Bax gör nə günlərə qoymusan məni.
- Yaxşı burax gedim. Iclasımız var.
- Gəl dedim.. indi alacağam çiynimə onda biabır olacaqsan bax.
- Kənan!
- Cavab qaytarma, gəl dedim.
Kənan Firuzəni zorla dartaraq maşına gətirdi. Yol boyu nə qədər cəhd etsə də Firuzə sifətini sallamış, gülmürdü.
- Aaa olmadı bu.. bayaqdan min hoqqadan çıxdım bir dəfə gülmədin. Mən də pis oluram. Hanı o dil qəfəsə qoymayan qız. Mən onu istəyirəm. o gəlsin.
- Kənan bax, həqiqətən əhvalım yoxdur nolar burax gedim.
- Yaxşı.. amma buraxmıram. Sadəcə elə bir yerə aparacağam ki, səssizlikdə dincələsən.
- Kənan..
- Sus.. getdik.
Kənan Firuzəni şəhərdən kənara gözəl mənzərəli bir yerə gətirmişdi. Daha çox ailəli uşaqlı adamlar var idi ətrafda. Firuzə halsız halda maşından düşəndə qarşısında dayanan Kənanı gördü.
- Nə oldu?
- Bax bura bu sifətlə gəldin. Heç nə demirəm, amma gedəndə bu sifətlə getməyəcəksən. Indi danış görüm nə olub.
- Heç nə.
- Firuzə.. özünü mənə tanıtma. Səni əlimin içi kimi tanıyıram. Barmağımla toxunsam bu saat ağlayacaqsan....ey.. ey ağlama.. bağışla.. yaxşı sakit ol.
Firuzə Kənaın sözlərindən sonra ğalamğa başladı. Uzun zamdnır evdə də tək qaldığından kiminləsə danışı dərdləşmirdi. Amma Kənanla da dərdləşmək fikri yox idi. Sadəcə bu gün ondan gerçəkdən istlik, mərhəmət hiss etmişdi. Buna ehtiyacı olduğunu həmin an anladığı üçün ağlamağa başladı. Kənan onun başını qlları arasına alaraq saçlarını oxşadı.
- Lap balaca uşaqlar kimi burnunu çəkə çəkə ağlayırsan ki. Eh mən də deyirəm qarşımda böyük qız var. Gör kimi sevmişəm.
Kənaın bu sözlərinə Firuzə daha da ağlamağa başladı. Onu sakitləşirmək üçün əlindən gələni eləsə də bəlli idi ki, Firuzə çoxdandır dolmuşdu. Bir xeyli sonra ağacın dibində oturan Kənan və başını onun çiyninə qoyan Firuzə qarşıda oynayan balacaları səssizcə seyr edirdilər. Hər ikisi uzun müddət danışmadan oturmuşdu. Kənan tərpənmək istədikdə Firuzənin onun çiynində yuxuladığını gördü. Ağlamaqdan halzı düşmüşdü bəlli idi. Sakitcə onun balaca üzünü seyr etməyə başladı. Firuzə dünyalar gözəli deyildi, amma gizli bir cazibədarlıq var idi. üz cizgiləri səliqəli normasında idi. burnu, ağzı, gözləri balaca idi. Kənan əlini Firuzənin üzündə gəzdirdikcə üzündə təbəssüm yaranırdı. Barmaqları ilə balaca dodaqlarına sığal çəknə firuzə gözlərini açaraq yerindən dik qalxdı.
- Neynirsən sən?!
- Bağışla. Yatmışdın..
- Hə... yatmışdı deyə o saatca əlin qolun açılıb hə.
- Firuzə şişirdirsən.
- Sən özünü nə
- Zənn edirsən?
- Firuzə!
- Bura gətirdin, ailənlə tanış etdin bitdi bununla da hər şey.
- Firuzə qutar!
- Əsl sən qutar.. bəsdir artıq!
Firuzə dönüb getmək istəyirdi ki, Kənan onu qolundan tutub özünə tərəf çəkərək dodaqlarından öpməyə başladı. Firuzə nə qədər çırpınsa da çıxa bilmədi onun qollarından. Ətrafda uşaqlar qışqır bağır salınca gözünü açaraq uşaqların valideynlərini onlara tərəf gəldiyini görərərk firuzənin əlindən tutub qaçmağa başladı.
- Axmaq. Nə cürətlə məni öpürsən?
- Səndən aldığım cürətlə. Amma indi getməsək uşaqların valideynləri birdəfəlik son qoyacaq hər şeyə.
- Burax..
- Tez ol.. otur maşına.
Kənan maşını sürərək oradan uzaqlşadı. Yol boyu qəh qəhə atıb gülürdü. Firuzə isə əsəbdən dırnaqlarını yeyirdi. Əslində özü də bilmirdi əsəbdən yoxsa oa anda qapıldığı qəribə duyğulardan. Içində olan qarışqılıq onu daha da əsəbiləşdirdir. Bu Firuzənin ilk öpüşü idi. və ilkini də sevgisinə inanmadığı Kənana qapdırmışdı.
- Firuzə...
- ...
- Firuzəəəə..
- ....
- Mən çağıranda cavab ver.
- Zəhər.
- Ay sağol.. bir söz soruşacağam, amma düzünü cavab ver.
- Yox.
- Nə yox?
- Yox...yox.. yox..
- Hmm.. demək düz bilmişəm.
Kənan gülməyə başlayınca Firuzə daha da əsəbiləşdi.
- Nəyə gülürsən Allahın bəlası?
- Soruşacaqdım ki, heç vaxt öpüşməmisən. Çünki bəllidir ki, sənə toxunan olmayıb.
- Kənan həddini aşırsan?
- Qızardın ki.... ahaa.. demək düz bilmişəm.. mmm bunu bilmək xoşdur. Demək ilk öpüşünü mən oğurladım.
- Haram xoşun olsun.
Kənan qəh qəhə atınca Firuzə arxadan oturacağa yumuruq vurmağa başladı. Utanmışdı.. həm də çox. Özünü nə qədər oturacağın arxasında gizlətməyə çalışsa da Kənanın səsini eşitdikcə daha da utanırdı. Getdiyi yolun işə və evə olmadığnı görüncə Firuzə başını qaldıraraq yola diqqətləbaxdı. Kənan bunu görüncə özü dilləndi.
- Evə ya da işə getmirik.
- Hara gedirik?
- Qorxma yeməyəcəyəm.
- Qorxan da yoxdur. Amma mən evə istəyirəm.
- Olar evimə də apararam
- Kənan! Mən öz evimə getmək istəyirəm.
- Firuzə uşaqlıq eləmə. inan sənə unuda bilməyəcəyin bir gecə yaşadacağam.
- Maşını saxla! Saxla dedim
- Ay qız qorxma. Toxunmayacağam sənə. Fikrin zikrin ayır yerdəir deyəsən sənin.
- KƏNAN!
- Bu balaca bədəndən çıxan səsə bax da. Hayasız.
- KƏNANNN!!
- Səndən çəkəcəyim varmış...
Firuzə nə qədər qışqır bağır salsa da Kənan maşını saxlamır elə düz sürürdü. Arada bir telefonu əlinə alıb. Hər şey hazırdır? Deyə kimdənsə soruşurdu. Firuzə planlaşdırmışdı ki, Kənan maşını saxlayan kimi düşüb qaçacaq. Boyu və çəkisi az olduğundan rahat qaça biləcəkdi. Buna əmin idi. beynində planlarını qurarkən Kənan ön şüşədən Firuzənin üzündəki düşüncəli mimikanı görüncə nəsə fikirləşdiyini anlamışdı.
- Firuzə ağlından belə keçirmə. Əgər bu gecədən sonra mənə inanmasan ....
- Nə..
- ....çatdıq.düş.

Müəllif: Lili Sh
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 689
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri