Məcburiyyət (17-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 6 615
Səs ver:
(səs: 2)
Kənan telefon söhbətini bitirdikdən sonra dəstəyi yerinə qoyub məktubları bir bir gözdən keçirməyə başladı. Səlma içəri keçərək onu səsləsə də eşitmədi.
- Kənan bəy.
- ......
- Kənan bəy.
- .....
- Kənan bəy eşidirsiniz.
- Nə?
- Bayaqdann sizi səsləyirəm. Bağışlayın.. eşitmədiniz deyə səsimi yüksəltdim.
- Eybi yox.
- Eybi yox?
- Nə deyirdin?
- Atanız çağırır.
- Sonra. Indi daha vacib işim var.
- Amma təcilidir dedi.
- Denən əlində həyati əhəmiyyət kəsb edən iş var. Onu həll etsin gələcək.
- Oldu. Mən necəsə kömək edə bilərəm. Hər hansı bir sənəd lazımdırsa.
- Yox.. get...ya da dayan.. Sən mənə bizim miqrasiya qanunlarımızı araşdır. Bax gör içərisində ölkədə iznsiz qalma cəzası nədir. Qalmaq üçün hansısa yol varmı?
- Miqrasiya?
- Hə. Get. Bu məktubları da götür. Ora zəng vur denən axtardıqları adam iznli şəkildə bizdə çalışır. Göndərdiyiniz məktublar həmin şəxs məzuniyyətdə olduğundan əlinə düşməyib.
Səlma məktubları əlinə alıb üzərində yazılan adın Firuzə olduğunu görüncə içini çəkdi.
- Firuzə.. Amman Allah onu deportasiya edəcəklər?
- Əgər üzə çıxmasa hə.
- Amma o ölkəsinə getmək istəmir.
- ...
- Kənan bəy, verin onun pasportunu çatdırım özünə. Getsin həll eləsin. O ölkəsinə qayıtmayacaq.
- Başa düşmədim....sən necə çatdıracaqsan?
- Şey.. mən..
- Harada olduğunu bilirdin hə?
- ....
- Səlma cavab ver. Bu olduqca ciddi məsələdir. Harada olduğunu bilirsənsə denən
- Bilmirəm. Siz pasportunu mənə verin. O zəng etsə mənə edəcək birinci biolirəm.
- Niyə bu qədər əminsən.
- Şirkətdə onunla ünsiyyətdə olan mən idim ona görə.
- Hamı onunla ünsiyyətdə olub..Səlma.. bir də deyirəm. Əgər bilib yerini demirsənsə sənə də ciddi iş düşə bilər. Qaçaq miqrant sayılır bu saat Firuzə. Məktublara bax. Gör neçə dəfə xəbərdarlıq gəlib. Hələ bir bu qədəri də evinə gedib. Heç biri də əlinə çatmayıb. Bu gün son gündür.
- Nə?
- Hə.. eşitdin. bu gün artıq onu polisə veriblər axtarış üçün. Anladınmı? Indi denən o haradadır?

***

Firuzə bu gün yenidən iş axtarışına çıxacaqdı. Əynini rahat geyinib qapını açanda ona doğru gələn Kənanı görüncə qapını bağlayıb içəri keçmək istədi. Kənan cəld tərpənərək ayağını qapının arasına qoyunca bağlaya bilmədi.
- Rədd ol. Gözüm görməsin səni
- Firuzə, danışmalıyıq.
- Dedim ki, səni görmək istəmirəm. Alçaqsan sən.
- Firuzə, xahiş edirəm dinlə. Indi daha vacib məsələ var.
- Səni dinləməkdənsə ölərəm daha yaxşı. Cəhənnəm ol buradan çıx həyatımdan. Pasportumu da ver. Bir daha üzünü görmək istəmirəm.
- Firuzə səni ölkənə deportasiya etmək üçün axtarırlar.
- Inanmıram sənə yalan deyirsən. Bu da növbəti yalanındır.
- Özün düşün, neçə vaxtıdr ölkədə qalma vaxtını uzatmaq üçün getmirsən.
Firuzə bir anlıq düşününcə xatırladı ki, doğrudan da onların qoyduğu izn vaxtı yekunlaşmalı idi. Yenə qapını örtmək üçün dirənirdi.
- pasportumu ver və rədd ol.
- Izn ver kömək edim. Polis səni axtarır. Bir məhbus kimi aparmalarına izn verə bilmərəm.
- Özüm həll edərəm. Sənə qalmayıb mənim problemlərim. Qarışma sən. Xahiş etməmişəm.
- Uşaqlaşma!
Kənan hikkə ilə bayaqdan Firuzənin dirəndiyi qapını bir əllə açdı. Firuzə yerə düşüncə onu qaldırmaq üçün yaxınlşasa da Firuzənin qışqırması ilə geri çəkildi.
- Barmağının ucu ilə belə toxunsam səni də özümü də öldürərəm. Uzaq dur!
- Bilirəm eşşəklik etmişəm
- Eşşəklik? Bu heyvana yaraşmaz... heyvanının adını batırma.
- Ağır danışırsan. Sonradan peşiman olacağın sözlər demə.
- Ağır danışmaq bu deyiı.. bu hələ sənə ailəmin verdiyi tərbiyəyə dayanat\raq dediyim xoş sözlərdir. Inan bundan betərini deyərəm. Cəhənnəm ol. Ver pasportumu.
- Eeee uzatdın amma.
Kənan Firuzəni bir göz qırpımında çiyninə alaraq maşınına gətirdi. Firuzə qışqırıb yardım istəsə də ətrafda eləcə baxıb gedirdilər.
- Nə baxırsan kosan? Gəl kömək et də görmürsən zorla adam qaçırırlar...eyy getmə.. kömək ediin!
- Səsini atma başına yenə.
- Sən kəs. Məni də yerə qoy. Zəhləm getmiş
Kənan onu maşına salıb qapıları bağladı. Firuzə ayaqqabısı ilə şüşəni vurub sındırmaq istəsə də alınmırdı
- bəxtim gətirib ki, ayağındakı rahat ayaqqabıdır. Hündürdaban da ola bilərdi.
- Bəxtin gətirib? Sən hələ kimə bulaşdığını bilmirsən Kənan Balcıoğlu qorx məndən.
- Sakitləşməyincə maşında qalcaqsan.
- Ömrümün sonuna qədər burada saxlayası deyilsən ki.
- Lazım gəlsə saxlayaram.
- Görərik..
- Baxarıq.
- Onsuzda oturacaqsan bu maşına.
- Aha elə bu saat. Mən sükan arxaına keçincə sən də düş qaç elə? Yuxunda!
- Aaaaaayyy! Zəhləmgetmiş, eşşək. Ayı...
- Şad oldum mən də Kənan.
- Adın batsın.
- Bilsəydim ağzını əlini qolunubağlayıb atardım maşına.
- Aç qapıları!
- Yaxşı.. görürəm sakitləşməyəcəksən. Mən bilirəm neyləyəcəyimi.
Firuzə ayaqları ilə yan oturacağın şüşəslərini də sındırmağa çalışdı amma nafilə.
- özünü yorma. Xüsusi hazırlanmış şüşələrdir. Ayağın sınar, amma şüşə yox.
- Kənan aç.. oynama. Ver pasportumu cəhənnəmolum gedim.
- Axtarışdasan başa düşürsən. Tapsalar əvvəl həbsə sonra da ölkənə göndəriləcəksən.
- Sənə nə! Bax sənə nə! Özüm bilərəm. Aç qapını dedim!
- Bağırma orada! Sənin yaxşılığın üçün edirəm.
- Istəmirəm. Sənədən gələn yaxşılığı gördüm! Aç dedim!
Kənan maşına söykənib gözləməyə başladı. Firuzə nə qədər orada bağırsa da ona əhəmiyyət vermirdi. Az sonra evakuator gəlincə Firuzə sakitcə onu izləməyə başladı. Kənan onlara yaxınlşaıb nəsə danışırdı. Bir az sonra isə bəlli oldu ki, maşını götürəcəklər. Firuzə bunu başa düşncə yenidən qışqır-bağır salmağa başladı. Avtomobilin sürücüsü qəribə şəkildə Kənana tərəf dönüb baxanda Kənan əli ilə önə dönməsini əmrini verərək özü kənardan Firuzənin çırpınmasını gülümsəyərək izləyirdi.
- sənə nifrət edirəm! Eşidirsən! Sənə nifrət edirəm!
- Eşidirəm eşidirəm. Çox sağol...... Alo... hə mənəm. Az əvvəl dediyim tapşırığı unut. Özüm tapdım...Sən mənə bir neçə adam göndər.. şəhərdən kənardakı bağ evinə. Özü də təlimatlandır. Içəridəki adam ölürəm belə desə qapılar açılmayacaq. Yaxşı sağol.
Kənan telefon dəstəyini asıb özü evakuatroun sürücüsünün yanında əyləşib ünvan dedi. Yol uzun olmuşdu. Firuzə bütün yol boyu qışqır- bağır salmaqdan yorulmuş axşama tərəf yuxulamışdı. Şəhərdən kənar böyük bir evin qarşısında dayandılar. Bu evdən başqa ətrafda ev görünmürdü. Gecə olduğundan mənzərəsi də görünmürdü. Kənan düşüb maşınına baxanda Firuzənin yatdığını gördü. Sürücüdən maşını asta şəkildə yerə qoymasnı dedi. Maşın yerə qoyulandan sonra sürücünü yola salan kənan yavaşca qapını açaraq Firuzəni götürmək üçün əyiləndə ani olaraq duyduğu qoxudan dayandı. Bu ilk dəfə ondan gələn ətir, karamel qoxusu idi. ətrini içinə çəkib gözlərini açınca Firuzənin üzünü diqqətlə izləməyə başladı.
- dəli qız. 2-3 gündür yoxsa artıq səni görmək üçün darıxmışam.. deyəsən bağlanmışam sənə. Eybi yox. Miqrasiya məsələni həll edək, sən öz yolun mən öz yoluma. Sevinmə.. aşiq olmamışam sənə. Sadəcə bir xanımla bu qədər vaxt birlikdə olmamışam. Və də sənə elədiklərimi heç kəsə eləməmişəm deyə öyrəşmişəm.
Kənan danışdıqca özü də fərqnə varırdı ki, nəyəsə inandırmağa çalışır özünü. Amma fərqində olduğu şeylərin fərqinə varmaq istəmirdi. Firuzəni qucağına alıb evə gətirdi.ikinci mərtəbədə otaqlardan birinə girib onu yatağa uzandırdı.. Aşağı düşərək qarşısında dayan dörd yekəpər adama təlimatlar verməyə başladı.
- nə olsa birinci mənə xəbər edin. Özünü piss hiss eləsə, xəstələnsə, yıxılsa qalsa. Qapını açmayın. Açsanız belə biriniz yardıma gəlin. Cin kimi qızdır. Aldada bilər hamınızı.
- Narahat olmayın Kənan bəy.
- Narahatam ki deyirəm. Bilirəm ki, onun beynində fırlanan tülkülər bizim burda heç kimin ağlına gəlməz. Nə olur olsun. O anda xəbər edin. Qapılar şüşələr sındırsa belə vecinizə almayın.
- Oldu Kənan bəy.
- Amma bilin. Sizə görə, ona zərər gəlsə inanın hamınızı məhv edərəm.
- Narahat olmayın..
- Indi işinizin başına dönün.
Kənan adamları işinin başına gönndərərək özü getmək istəsə də bir daha geri dönüb yuxarı mərtəbəyə baxdı. Nə qədər özünə hakim olmağa çalışsa dözməyib geri qayıtdı. Yuxuda belə qaşlarını çatmış halda yatan Firuzəyə yaxınlaşaraq yanında əyləşdi. Üzərini mələfə ilə örtüb saçlarını oxşamağa başladı. Və dözməyib ona yaxınlşaraq dodqlarına məsum bir öpücük qondurmaq istədi. O anda Firuzə gözlərini açdı. Kənanı bu qədər yaxın görsə də səsini çıxartmadan onun gözlərinə baxırdı. Kənan bundan daha da cəsarətlənib gülümsəyərək dodaqlarına daha da yaxınlşadı. O an otaqda hökm sürən səssizlik şillə səsi ilə pozulmuş oldu. Kənan üzünü tutaraq geri çəkildi.
- əlin qurusun. Necə də ağırdıre.
- Betər ol.. .nə cəsarətlə mənə yaxın durursan. Ölümünə susamısan sən?
- Ölmürəm səndən ötrü, Özünü yaxşı apar.. Mən getdim.
Kənan otaqdan çıxmaq üçün qapını açınca divara dəyən qabın sınması ilə kənara çəkildi.
- başın xarab olub? Neynirsən?
- Canına dərd edirəm. Bura haradır. Dərhal məni evimə apar.
- Deyəsən güldan atmaq səndə dəb halını alıb. Atmağı da bacarmırsan. Iki dəfədir divara dəyir.
Bunu demişdi ki, Firuzə əlini atıb ikinci güldanı götürdü.
- ey dayan !
- Al sənə bu da üç!
- Bu dəfə düz hədəfə vurmuşdu. Amma güldan balaca olduğundan eləcə Kənanın başında çapıq izi qoyaraq yerə düşüb sındı.
- Ay! Firuzə! Öldürəcəm səni!
- Öldür! Öldür də canım səndən qurtarsın.
- Ikinci dəfədir başımı yarırsan özü də eyni yerdən.
- Gəbər!
Kənanın əlini atıb başını tutması ilə otaqdan çıxan Firuzə pillərərli sürətlə enib çölə çıxdı. qarşısında yekəpər adamı görüncə dayandı.
- kömək edin zorla adam saxlayırlar burada.
- Yuxarı gətirin onu!
Kənanın qapıda verdiyi əmrdən sonra adam Firuzənin qolundan tutub yenidən evə apararaq yuxarı qaldırdı. Firuzə şokdan ayıla bilmirdi.
- bu... bu nə deməkdir. Sən neynəməyə çalışırsan
- sənin xeyrinədir. Anlamırsan axtarışdasan.
- Ay qardaş sənə nə! Özüm bilərəm. Mən ölkəmə qayıtmaq istəyirəm sənə nə! Nə haqla qarışırsan.
- Mən sənin qardaşın deyiləm. Ikincisi səlma dedi ölkənə qayıtmayacaqsan. demək burada qalmaq istəyirsən.
- Kənan! Burax məni! Inan bütün əsəbilərim korlandı.. onsuzda məhv etdin hər şeyi.. burax gedim.
- Nəyi məhv etdim?
Kənaın sualı ilə duruxan Firuzə bir anlııq nə cavab verəcəyini bilməyib yenidən hay küy salmağa başladı.
- uşaq deyilsən. Inan səni polisə şikayət edərəm.
- Qızım, başa düşmürsən sən deyəsəm. Deyirəm ki, polis səni axtarır. Sən məni şikayət etməmiş onlar səni aparacaq.
- Cəhənnəmə aparsın. Həbsdə yataram amma sənilə eyni məkanda olmaram.
- Özünü yaxşı apar. Getdim mən. Yetərincə bu gün yordun məni.
- Kənan! Kənan dur! Aç qapını! Kənan! Eşşək kənan! Öküz.
- Mən də şad idim səni görməyimə. Darıxma sabah gələcəyəm.
- Sağ salamat gəlib çıxmayasan!
- Ay Allah dili necə çönür qarğıyıre!
- Betər ol!
- Sağol...

***

- Kənan.
- Hə ata.
- Dünənə gecə...
- Demə ki, gec gəldiyim üçün narahat idin...
- Yox. Sadəcə haralarda olmusan bilmirəm qəzetlər yazmayıb. Nə əcəb?
Sinan bəyin sözünə gülmsəyən Kənan əlini masada düzülən təamlara ataraq ağzına qoydu.
- ee...həmişəm özümüzü ələ verməyəcəyik ki.
- Kənan İstanbulda olmadığını bilirəm.
- Ata hər halda sənə hesabat verəsi deyiləm gecəni harada kiminlə keçirdiyimin. Ya da istəyirsənsə verə bilərəm.
- Tərbiyəsizləşmə. Söz danışıram
- Danışmırsan sorğu suala tutmusan...mənsə suallara cavab vermirəm. Bilirsən.
- Bu özbaşınalığın axırda...nəysə..
- Nə olub yenə? Səhər səhər başlamısan..
- O qız...
- Hansı qaız?
- Firuzə ilə deyildin elə deyil?
- Ata səni niyə narahat edir bu qız? Anlamıram. Yox onunla deyildim. Amma maraqlıdır nə istəyirsən o qızdan.
- Ondan uzaq dayan.
- Mən çox qızla olmuşam, heç birinə belə reaksiya verməmisən. Nə baş verib ki, indi.
- Hə.. çox qızla olmusan. Amma bir gecədən o tərəfə keçməyib. Bu qızı isə ailəmizin içinə gətirib saldın. Və artıq neçə vaxtıdr düşmüsən onun arxası ilə.
- Hə nə olsun?
- Nə olsun? O olsun ki, sabah gəlib demə ki, sevirəm, evlənirəm.
Kənan sinan bəyin sözünə qəh qəhə ataraq ağzındakı yeməkdən boğulmuş halda öskürməyə başladı.
- sənin bu fantaziyalarına heyranam. Nə aşiq olması nə evlənməsi? Səncə mən elə biriyəm.
- Hamı elədir kənan..hamı elədir.
- Amma mən yox. Mən heç vaxt...eşidirsən heçş vaxt sevmirəm. Bir daha bu söhbətə qayıtma.
Kənan durub getmişdi. Sinan bəy isə əlindəki qəzeti bükərək masaya atdı. Gözündən eynəyi çıxarıb qəzetin üzərinə tulladı. Kənanın arxası ilə baxaraq başını buladı.
- Başından böyük danışdın Kənan.. özü də çox böyük..

Müəllif: Lili Sh
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri