Məcburiyyət (27-ci bölüm)

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 5 844
Səs ver:
(səs: 1)
Hər kəs onun ətrafına toplaşmağa başladı. Kənan da yaxınşlamışdı. Əli Firuzəni adını dayanmadan çəkir onun üzünü ehmalca sillələyirdi.
- Firuzə...firuzə.. eşidirsən? Firuzə nə oldu sənə..
- Mən həkiməm icazə verin.
Kənan özü də bilmədi niyə belə dedi, amma artıq dilindən çıxmışdı söz. əyilib yavaşca Firuzəni qucağına aldı .
- Ey dayan neynirsən sən?
- Dedim axı, həkiməm. Çəkil tanıdığım xəstəxanaya aparıram.
- Ver bura özüm apararam .
- Siz xəstəni tərpətməklə daha çox riskə atırsınız. Beyin qanaması da keçirdə bilər. Çəkilin.
Kənan ağlına gələn variantları ortaya atıb aradan çıxdı. Əli isə çaşğınlıqdan onun arxası ilə baxırdı. Birdən ayılıb xəstəxanaya deyəndə haranı nəzərdə tutduğunu soruşamdığı yadına düşdü. Onların arxasıncas qaçaraq çölə çıxaraq qışqırmağa başladı.
- ey dayan! Ihara aparırsan? Mən də gəlirəm.
- Taksi ilə **** xəstəxanasına gəlin.
Kənan adını çəkdiyi xəstəxananın mövcudluğundan belə şübhə edirdi. Bu saat ən son görmək istədiyi insan Əli idi. Firuzəni bu halda görmək onsuzda onu qorxutmuşdu. Yol üstü xəstəxanalardan birinə aparırdı. Maşın işə düşüb oteldən uzaqlaşan kimi Kənan yan tərəfdən üzündə sərtlik hiss etdi. Bu firuzə idi. Yenə balaca əli ilə Kənanın üzünə sillə vurmuşdu. Kənan anidən əyləcə basınca isə remen taxılı olmadığından hər ikisi ani olaraq önə gəldi.
- Başın xarabdır.?
- Firuzə... nə olmuşdu sənə? Birdən ürəyin getdi..
- Canına azzar olmuşdu.. Sən nə cürətlə yaxınşalırsan Əli ilə mənə. Ağlın çaşıb.
- Haransa ağrımır ki?
- Əllərini çək. Axmaq. Qorxudan özümü yalandan elə göstərdim. Yoxsa gəlib aləmi qatacaqdın.
- Nə? Yalandan? Firuzə belə şeyin yalanı olur?
- Dərd olur. Yalandan həkim olanda olur. "Çəkilin beyin qanaması keçirdirmişmiş” indi beyin qanamasını sən keçirdəcəksən.
Firuzə var gücü ilə Kənanı vurmağa çalışırdı. Kənan isə hələ qorxu həyəcan yalanın stresini yaşayırdı. Birdən özünə gəlib gülməyə başladı. Firuzə isə yumuruqlarını daha da sürətləndirirdi. Kənan onun əllərini tutub gülürdü .
- burax əlimi. Göstərəcəm sənə məni qaçırmaq nə deməkdir.
- Dur... dur Allahın bəlası.. sakitləş...
- Burax dedim!
- Firuzə sakitləşməsən öpəcəm.
Firuzə ani olaraq dayandı. Onun bu hərəkətinə Kənan lap güldü.
- Gül gül.. Ən son gülən çox gülər.
- Demək bu qədər qorxursan mənim səni öpməyimdən?
- Uzaaq dur məndən. Otelə geri qaytar....ya da yox o dediyin xəstəxanaya apar və rədd ol get. Nişalım gəlib məni götürər. Deyərəm yolda ayıldım..
- Aha bu saat elə..
- Apar dedim.. aparmasan da düşüb özüm gedərəm.
- Hara gedcəksən? **** deyə bir xəstəxana varmı, varsa belə haradadır bilmirəm.
- Sən... sən yalan dedin...Aman Allahım...ayaq üstəv qırx yalan danışırsane Kənan!
- Sən öznüdən danış. Özü də mənə bax....o nəydi elə! Məni qatil eləmək fikrin var?
- .....
- Mənə sənə yaxın durmağa belə icazə vermirsən, elin oğlu qolunu belinə sarıyır. Onun o qolunu qıracaqdım, amma sən yalandan yıxıldın deyə fikrim sənə getdi.. Axırnıc dəfə olsun. Bu dəfə xamlığına keçirəm...
- Ay, Kənan...gözlərim yaşardı.. necə də lütfkarsan.....AXMAQ!
- Mənə sənə göstərərəm axmağı. Qoy o əlimə keçsin. Ya da yox. Onsuzda o xəstəxananı axtarıb tapmayınca otelə qayıdacaq. Gedək ora. Onu orada tutum gəbərdim sən də izlə.
- Heç vaxt. Barmağının ucu ilə belə ona toxunma! Eşidirsən.
- Yox karlığım tutub. Eşitmirəm. Çıracağam o ördəyi, görüm mənim olana necə əl uzadır.
- Mənim olana? Sən deyəsən uçmusan? Əlimə bax... üzüyü görürsən.. bu üzük onundur. Yəni mən ona aidəm.
Kənan ani olaraq Firuzənin əlini tutub sıxmağa başladı. Ağırdan qışqıran Firuzə onun neynədiyinin sonradan fərqinə vardı. Kənan barmaqda parlayan iri qaşlı üzüyü çıxardaraq maşının pəncərəsindən tulladı.
- yox... yox ola bilməz. Neynədin sən.
Firuzə maşından düşüb üzüyün atıldığı istiqamətdə axtarmağa başladı. Qaranlıq olduğundan heç nə görünmürdü. Artıq hirsindən ağlayırdı. Bu qədər inad bu qədər tərslik onu da yormuşdu. Gözünü yaşını tökə- tökə üzüyü axtarırdı. Kənan isə hirsindən rulu bərk sıxmış gözünü bir nöqtəyə zilləmişdi. Uzun uzadı axtarış heç bir fayda vermədi Firuzə üzüyü tapa bilmirdi. Çarəsin yerdə iturub ağlamağa başladı. Kənan onun elə halını görüb özü də pis oldu. Bütün bunları yaşmasına səbəb özü olduğunu düşünürdü. Əgər Firuzəni incitməsəydi, ona yalan deməsəydi indi hər ikisi xoşbəxt olardı. Firuzənin inadı olmas ayenə də xoşvəxt olardılar, amma görünür bu qədər inad etməkdə bəlkə də doğrudan istəmirdir. Maşından düşüb Firuzənin yanında əyləşdi. Firuzə Kənaın onun yanında oturduğunu görüncə gözünü yaşını silib sakitləşməyə çalışdı. Elədiyinə görə, Firuzəni pis vəziyyətdə qoyduğuna görə, ona hikkəli, əsəbi idi.
- yorulmadın?
- ....
- O üzüyü belə sevdiyini bilsəydim....
- .....
- Sevmirsən doğrudan?
- .....
- Bilirən, bircə hə deməyin hər şeyi həll edir. Bütün yükü öz boynuma götürərəm. Heç kimin səni əzməsinə söz deməsinə izn vermərəm. Yetərki inadı at kənara.
- ....
- Firuzə, səninləyəm.
- .....
- Bu qədr çətindir söz demək? Niyə susursan?
- ......
- Firuzə!
- ......
- Yaxşı... anladım... istəmirsən.. mən səhv bilmişəm. gedək.. dur..
- Getmirəm mən.
- Gəl gəl.. Gedək o üzüyün eynisini tapaq. Gələcək həyat yoldaşının yanında pis vəziyyətdə qalma.
Kənaın bu sözünə Firuzə ani olaraq duruxdu. Üzünü döndərib ona tərəf baxsa da Kənan geri dönüb maşına getmişdi. Sükan arxasında əyləşib gözünü yola dikdi. Firuzə ehmalca qalxıb maşına əyləşdi. Yol boyunca bir dəfə olsun kənan dönüb Firuzə tərəf belə baxmırdı. Əlini sıxmağından görünürdü ki, əsəbidir. Kefsiz halda qızıl mağazasının yanında saxlayıb Firuzəni gözləmədən düşdü. Firuzə robot kimi hərəkət edirdi. Hələ heç nə anlamırdı. Kənaın ondan uzaq dayanmasını istəmişdi. O da bunu edəcəkdi amma sevinə bilmirdi buna. Əksinə .. içi sıxılırdı. Qızıl mağazasına keçən kimi onları qarşılayan eynəkli adam əlində olan bütün üzükləri masaya düzdü. Kənan Firuzəyə baxmadan adama "Xanım sizə deyəcək necə üzük istəyir” sözünü deyib kənarda oturdu. Firuzə adama üzüyü təsvir edib məxsus olduğu firmanı da adını dedi. Eynəkli adam üzükləri gətirmək üçün getdiyində Kənan ayağa qalxıb vitrində olan qızıllara nəzər yetirirdi. Bir cüt sadə üzüyü əlinə alıb ovcunda sıxdı. Üzündə mülayim təbəssüm yaramsa da sonradan yenidən əsəbi hal aldı. Üzükləri yerinə qoyub baxmağa davam etdi. fikrii Firuzədə idi. Nə qədər ona tərəf baxmasa da güdürdü. Vitrinin şüşəsindən ona arada bir nəzər yetirirdi. Firuzə başını aşağı salmış düşüncəyə dalmışdı. Qalxıb satıcıdan ayaqyolunu yerini öyrənib oraya üz tutdu. Eynəkli adam üzükləri gətirib Firuzəni görməyincə Kənana göstərdi. Kənan üzüklərə baxıb az əvvəl atdığı üzüyə bənzəyən bir neçə üzük seçdi. Firuzə gəlincə isə ona yönləndirərək özü yenidən vitrinə baxdı. Eynisi olmasa belə çox az bir fərqlə seçilən üzük Firuzəni barmağına taxılanda boş oldu. Adam üzüyün əl işi olduğu üçün daraltmasını ancaq sabah bitirəcəklərini dedi. Kənan məvacibini ödəyib sabah özünün gəlib götürəcəyini deyincə Firuzə etyriaz etdi.
- Məbləğini özüm ödəyəcəyəm. Özüm də gəlib götürərəm. Çox sağol bura qədər gətirdin.
- Axmaq axmaq danışma. Özü ödəyəcəkmiş. Nişanlının sənə aldığı əşyaların pulunu özün ödəyərsən. Tanımadığım xanım belə olsa mənim yanımda əlini cibinə atmaz. Indi get otur maşında çox danışma.
- Sən mənə...
- Firuzə uzatma. Hər şeyi həll etdik. Get maşına!
- Amma
- MAŞINA DEDİM!
Firuzə ilə yanaşı ətrafda olan satıcılar da Kənanın səsinə diksindi. Heç nə demədən mağazadan çıxıb maşına əyləşdi. Az sonra Kənan gəlib maşını işə saldı.
- sifətini elə sallama.
- Camaatın içində bir döymədiyin qaldı.
- əcəb olub.
- Şəxsi malın deyiləm!
- Üzümə vurmasan da olar. Bilirəm. Əli müəllimə aidsən.
Kənan istehza ilə Əlini adını çəkincə firuzəni fikir götürdü ki, Əliyə vəziyyəti necə izah edəcək. Yenə yalan danışmalı olacaq. Indidən gələcək həyat yoldaşına oynamadığı oyun demədiyi yalan qalmadı. Narahat halda səsli olaraq "offf ” deyincə Kənan maşını saxladı.
- zəng elə. Yol üstü bir xəstxana görmüşdüm. *** xəstəxanası. Oranın adını ver. De ki oradayam gəl götür.
- Telefon üstümdə deyil.
Kənan əlini atıb cibindən telefonu çıxarıb Firuzəyə uzatdı.
- nömrəsini bilmirəm.
- Yaxşı indi necə edək?
- Bilmirəm. Apar otelə məni.
- Heç olmasa xəstəxananın adını yadında saxla. Denən ora getdim. Amma özümə gəldim deyə qayıtdım.
- maşAllah yalan ustası olmusan.
Firuzənin bu sözün Kənan ani olaraq dönüb onun üzünə baxdı. Dişlərini sıxdığı bəlli idi. Çənə ətrafı tərpənirdi. Bu baxışdan qorxsa da Kənanın ona heç nə edə bilməyəcəyinə əmin idi. Kənan heç nə demədən yol kənarında maşından düşüb qapısına söykəndi. Dərin dərin nəfəs alaraq özünü sakitləşdirmək istəyirdi. Maşının pəncərəsi açıq idi deyə elə dayandığ yerdən danışmağa başladı.
- sənə dedim ki, hər şeyi sübut etməyə hazıram inanmadın. Sevirəm dedim inanmadın. Atanla danışacağam dedim yenə inanmadın. Neynim mən? Hə Firuzə? Sən denən?
- .....
- Sən heç səhv eləməmisən Firuzə? Heç vaxt peşiman olacağın hərəkət etməmisən?
- ....
- Yəni bu qədər səhvsizzsən ki, başqa birini səhvini bağışlaya bilmirsən?
- ....
- Cavab ver Firuzə. Neynəməliyəm mən? Insan düşmənini belə bağışlayır. Nədir bu hikkənin adı? Bu qədərmi iyrənirsən, bu qədərmi nifrət edirsən mənə?
- ....
- Susursan......yaxşı.....ya xşı Firuzə...Sabah gətirib üzüyü veərəm. O da olar son görüşümüz.. Daha nə deyim. Sevginə şübhəm yoxdur.. bilirəm ki, o ördəyi yox məni sevirsən. Amma qürurun, inadın sənin sevgini basır.. demək ki, mənimlə birlikə sevsən belə olmaq istəmirsən. Yaxşı...olsun..
Firuzənin gözləri dolmuşdu. Boğazında düyümlənən sözləri udurdu sanki. Hər biri o qədər uzun cümlələr idi ki, hər udqunduqca canı yanırdı. Üzünü o biri pəncərəyə tərəf çevirib yola baxırdı. Kənan otelin qarşısna çatan kimi maşından düşüb otelə keçdi. Qeydiyyat yerində Əlinin gəlib gəlmədiyini soruşdu. Hələ gəlməmişdi. Cəld otağına qalxaraq qapını bağlayıb yerə çökdü. Artıq taqəti qalmamışdı. Ağlamaqdan nəfəsi kəsiləcəkdi. Bütün gecəni xəstəxana axtarışına çıxan Əli isə tapa bilmədiyindən geri dönmüş oteldən maraqlanmaq üçün qeydiyyata yaxınlaşmışdı. Firuzəni artıq otağına qalxdığını öyrənincə sürətlə yuxarı qalxdı. Qapını nə qədər döysə də açan yox idi.
- Firuzə. Aç qapını narahatam.. nə olub
- ....
- Firuzə!
- ......
- Firuzə orada olduğunu bilirəm. Qapını niyə açmırsan?
Səsə gəlmədiyini görüncə bərkdən qapını döyməyə başladı. Artıq yan otaqların sakinləri qapını açıb narazılıqlarını bildirirdilər. Qapının açılmadığnı görüncə Əli daha da narahat oldu. Birdən yenə özündən gedər deyə cəld təmizlikçiləri çağırıb qapını açdırdı. Firuzə yataqda bükülmüş yatmışdı. Yaxınlaşıb ona baxanda yanında boş dərman qutusunu görüncə onu qucağına alıb yardım çağırmağa başladı.

Müəllif:
Lili Sh
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri