Tək öyrəndiyim sevgi (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 758
Səs ver:
(səs: 5)
Bu həyat nə qədər aldatdı məni?!
Görünür həyatım beləymiş,belə
Gizli sevgi ilə yanıltı məni
Xoşbəxtlik adında qurdu bir tələ
Hə bu da sevdiyim,həyatımda gördüyüm ən gözəl qız.daha onu görmək belə istəmirdim.ama məcburən hələ də onunla eyni vəziyyə idik.qan dolu gözüm o mavi gözlərə baxırdı.o kresloda əyləşmiş mən və digər oğlan isə ayaq üstə zabitin qabağında ona hadisəni şərh edirdik.hə bu arada oğlanın adı da Vüqar imiş.bir müddət sonra isə artıq anam da burada idi.biraz söz söhbətdən sonra artıq evə yolladılar.
Ama yolla gedəndə hələ də ağlım Leylada idi.axı niyə o məni digər pullu əclafın yanında günahkar çıxarmışdı?
Anam isə hər vaxt müəllim olduğu,və atam da tanınmış bir mühəndis olduğu üçün məni çox ərköyün böyütmüş və bütün bəlalardan qorumuşdu.bütün dəcəliklərimə əvvəlcə əsəbləşsədə sonradan məni daha yaxşı başa düşürdü.ama bu dəfə heç əsəbləşmədi.Məni fikirli görən anam:
-Nə oldu oğlum nəsə demək istəmirsən?
-hər şeyi bilirsən ana
-axı niyə tanımadığın birinə görə belə böyük işlər açdın başına?
-boş ver ana.insanlıq sanmışdım.ama yanılmışam
-Boş ver Murad sən doğru olanı elədin
-səhv elədim axı mən onu heç tanımırdım
-bəs necə sevdin onu?
-sən bunu hardan bilirsən?
-baxışınnan . . .
Mən isə gözümü yerə dikdim və evə qədər sadəcə susdum
Nəhayət evə çatdıq.ama qapının açıq olduğunu görüb səssizcə içəri keçdim və anama çöldə gözləməsini dedim.bir bir otaqlara baxırdım və budur qorxduğulan oldu.salon dağıdılmış və atamdan qalma pullar oğurlanmışdı.anam gəlib bu mənzərəni görəndə özündən getdi.qonşumuz biraz dəli olan Zaur da köməyə gərldi.
-Nə olub burda?
-oğru evimizə girib
-niyə girib?
-Ziyarətə gəlib.niyə oıacaq zaur?hər şeyimizi soyublar
-həə keçmiş olsun.nəsə lazım olsa de
-nə lazım olacaq?təcili zəng elə təcili yardıma.
Mən bu günün stressi ilə və bu hadisədən sonra çox əsəbləşmişdim.və hətta bu anda Zauru öldürməyə də hazır idim.
Bir təhər təcili yardımı köməyə çağırdıq.bir saat keçdi və artıq anam özünə gəlirdi.polislər də burda idi.və məndən ifadə alırdılar.mən isə hər şeydən xəbərsiz olduğuma görə çox da kömək edə bilmədim və onlar da hadisəni araşdırmaq üzərə getdilər.artıq saat 23:00 idi.
Anam da özünə gəldikdən sonra ürəkdə 1001dərd ilə yuxuya getdi.ilk dəfə idiki onun simasında o yirğunluğu və üzüntünü hiss edirdim.
Mən də otağıma qalxdım və çarpayıma uzananda bu gün olanları təhlil edirdim.nə olacaq?bundan sonraki həyatım necə dəyişəcək?Və təbii ki Leyla.
Səhər açıldı və mən həmişəkindən fərqli ilk dəfə özüm oyandım və səhər yeməyini özüm hazırladım anamı da süfrəyə dəvət etdikdəb sonra yeməyə başladıq.əgər buna yemək deyilirdisə.anam da mən də düşüncələr ilə yavaş yavaş yeməyimizi yeyirdik.
Və mən yeməyimi bitirdikdən sonra məktəbə yola çıxdım.düşüncələr ilə yolla gedərkən bir əyləc səsinə özümə gəldik.qarşımda hündür bir avtomobil dayandı.az qalsın ki məni əzəcək olan bu avtomobilə baxdım və
-hey deyəsən siz vəsiqənizi bu sürətnən gedəndə düşürübsüz.korsuz?ya kiminsə həyatı sizin üçün əyləncədir?
Avtomobildən düşən isə Vüqar idi.digər qapı açıldıqda isə əlim ayağım boşaldı.bu Leyla idi
Vüqar:
-hanı məndə o bəxt səni vuram?bəxt olsa heç qarşımıza da çıxmazdın
Bu dəfə mənim mübahisə etməyə heç halım yox idi.Leylaya baxaraq
-Hə səbəblər bilindi.Leyla xanım . . .
Sanki bu an hər kəs focus ilə bulanıqlaşmış və sadəcə mən və Leyla qalmışdıq.bir birinə nifrət və sevgi qarışığı ilə kilitlənmiş bu baxışlar bəlkə də həyatımIzın ən böyük anlarının ilk addımları idi . . .
Mən elə getmək istəyirdimki Tural da gəlib çıxdı.
-nə olub Muro problemin var?
-yox.gedək
Dedim və son baxışla ordan ayrılıb məktəbə daxil oldum.ama hələ də Tural yapışqan kimi mənnən qupmurdu.sinifə gedə gedə test bankı kimi suallar verirdi.və budur axırki sinifə daxil olub ondan qurtuldum.o öz yerinə mən isə öz yerimə keçdim.bu dəfə isə Leyla sinifə daxil oldu və parta yoldım gəlmədiyi üçün onun yerində oturdu.bu isə həyatda ən son istəyəcəyim şey idi.buna görə də onun yanından durub elə Turalın yanında əyləşdim.
Dərs ədəbiyyat dərsi idi.bu dərsə isə digərlərindən fərqli olaraq biraz marağım var idi.dərsi keçən isə Günəl müəllimə idi.dərsimiz isə sevgi şeirləri haqda idi.müəllim yeni dərs haqqında məlumat verdikdən sonra birini çağırdı bir şeiri kitabdan oxumaq üçün və mənim dərsə marağım olduğunu bildiyi üçün məni yazı taxtasının önünə çağırdı.kitabı əlimə aldım və bu bildiyim bir şeir olduğu üçün kitabı aşağı tutaraq gözlərimi Leylanın gözlərinə dikərək başladım
. .
Nəğmə kimi dodaqlarda ötərəm
Bənövşətək yollarında bitərəm
Hər arzuma istəyimə yetərəm
Əgər əhdi,etibarı saxlasan
Bir quş olub pəncərənə qonaram
Heyrət olub baxışında donaram
Məhəbbətdən heykəlini yonaram
Sədaqətli duyğuları saxla sən
Ayrılığın kölgələri üzümdə
Vüsalımın həsrəti var gözümdə
Qılınc çəkib ümidimi üzəndə
Hüç olçasa xatirəni saxla sən
Şeiri bitirdikdən sonra isə Leyla yaş dolu gözlərini yerə dikdi.sanki qəfəsdə hər tərəfdən sıxılan bir quş kimi idi.yalnız və hər kəsdən ümidi üzülmüş.Və dərs bitdi.tənəffüsdə çıxıb həyətdəki skamyada əyləşdim.və olanlar gözümün qabağına gəldikcə Leylaya haqq mı verim yoxsa günahkarmı bilim qərarlaşdıra bilmirdim.bu anda Leylada yanıma gəlib :
-oturmaq olar?
-oturun elə məndə gedirdim
-qal getmə.məni dinlə bir dəfə sonra qərar verərsən getmək istəyirsən ya yox
-Lazım deyil.mən hər şeyi gördüm.eşitdim və ürəyimlə duydum.əvvəldən yanılmış olan qəlbim isə ilk dəfə sizi sevmişdi.bu da sizin sevgi.siz bölmədə məni göstərərək hər şeyi dediz.indi isə bir də tanımamaq üzərə . . .
Deyib yaşarmış gözümü silib uzaqlaşdım.ama arxada Leylanın hönkürtülərini duyurdum.ürəyim parçalansa da qürurum getməyimi deyirdi . . .

Müəllif: ŞEİRBAZ
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri