İndi gedəcəyəm.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 011
Səs ver:
(səs: 0)
İndi gedəcəyəm,
Tək qalacaqsan.
Sıxacaq bu çılpaq divarlar səni.
Özün öz evində mənə qonaqsan,
Bir azdan kədərlər qovarlar səni.
Çağırma !
Özünə qayıdar səsin,
Səsin divarlarda sürüşəcəkdir.
Çırpınıb içində bu daş qəfəsin,
Xəyalın əksimlə görüşəcəkdir.
Güzgü yaddaşında nə qalacaqdır ki ?!
Xumarlı gözlərmi, pərişan telmi ?
Yalandan gözünü yumacaqsan ki,
Yatasan...
Tərslikdən yuxun da gəlmir.
Boş qalan stolda görünür yerim,
Otağın bir həsrət adası olar.
Pillələri döyən ayaq səslərim,
Ürək döyüntünün sədası olar.
Sükut qanadını üstümə sərib,
Boşalan ürəyin dolacaq yenə.
Külqabı içində baş - başa verib,
Ölü siqaretlər qalacaq sənə.
Elə qəmli baxma !

 İzin ver gedim,

Sənin biçin yerin, zəmin deyiləm.
Yalın ayağımla həmdəmin idim,
Geyindim...
Mən artıq sənin deyiəm ..!

 

 

Müəllif: Nüsrət Kəsəmənli.


(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri