Mən olmadım ki..

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 836
Səs ver:
(səs: 1)
Ömrümün gül açan bahari gəldi,
Pərişan sən oldun, mən olmadım ki,
İllərin əl çatmaz həsrət oduna,
Alışan sən oldun, mən olmadım ki.

Dünyanı dolaşan izim qayıtdı,
Gəldin ürəyimə yazım qayıtdı.
Özün küsüb getdin,özün qayıtdın,
Barışan sən oldun, mən olmadım ki.

Heç bilmirəm nə deyim bu gəlişinə,
Yad olmuşdum hər sevincə gülüşə,
Bu sevgini dastan edib həmişə,
Danışan sən oldun, mən olmadım ki.

Gülə-gülə yola saldım illəri,
Sənsiz açmaz baharımın gülləri.
Məni anıb gecə gündüz çölləri,
Dolaşan sən oldun,mən olmadım ki...

Nüsrət Kəsəmənli
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri