Gəldin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 130
Səs ver:
(səs: 2)
Sən incə çiçəklərdəki jaləm kimi gəldin
Bir qan bahası,bağcama laləm kimi gəldin.

Aldin da ucaltdin məni əflakə özünlə
Endikdə ,müqəddəs yeni aləm kimi gəldin.

Doldum nəfəsindən saçılan rayihələrlə
Getdikdə apardın fərəhi,qəm kimi gəldin.

Şahlar mənə qibtəylə baxır,ən ulu şah mən
Cün sən,ulu göydən ulu töhfəm kimi gəldin.

Bir qanlı gül ağzında və mey kasəsi əldə
Bir cənnət ikən,ömrə cəhənnəm kimi gəldin.

Bircə teline gözlərimin nuru da qurban
Eşqim,fərəhim,ah ilə naləm kimi gəldin.

Dünya bağı qarlı,mən üzülmüş qoca bağban.
Ruhunda qərənfil mənə həmdəm kimi gəldin.

Qüdrət də,məhəbbət də,mətanət də özünsən,
Yığdın dağınıq gülləri,bir cəm kimi gəldin.

Verdin...alıb icdim meyi...könlüm dağa dondu
Dağdan tökülən nurlu şəlaləm kimi gəldin.

Aləmlərə bildir ki,Xəlil heç zaman ölməz
Cün ovcuma əfsunlu piyalem kimi gəldin.

[b[MÜƏLLIF - XƏLIL RZA ULUTURK[/b]
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri