Nəğməli təbəssüm

Şərhlər: 4
Baxılıb: 1 652
Səs ver:
(səs: 0)
Gəlməsəydin dünyama Günəş doğmazdı bəlkə,
Yaradan həyatıma hədiyyə etdi səni.
Bayram nəğməsi çalır dünyadakı hər ölkə,
Gözlərim izləyəndə üzündəki busəni.

Sən necə möcüzəsən - heç cürə ağlım almır!
Ağlım bircə an belə səndən uzaqda qalmır.
Bu viranə həyatda sənsiz yaşamaq olmur,
Nə olar,varlığından məhrum eyləmə məni.

Röyana sarılıram,xəyalını öpürəm,
Hər gün ömür yoluma həsrətini səpirəm.
Gücüm qalmayıb artıq səpdiyimi süpürəm,
Gəl ,bərabər öldürək "həsrət" adlı düşməni.

Nə "hə" deyirsən,nə "yox", yanır ruhum biçarə,
Kimsə sevməz bu eşqlə , səni əsla, dübarə.
Etsən də ürəyimi , inan ki, parə - parə,
Min məlhəm əvəz etməz o bircə "hə" kəlməni.

İmza: Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri