Gülüşümün yeri

Şərhlər: 6
Baxılıb: 1 505
Səs ver:
(səs: 0)
Hələ bir bax sənsiz qalan könlümə,
Arzuları, duyğuları talanıb.
Hər nəfəsdə canım elə çox yanır,
Elə bil ki,bağrımda od qalanıb.

Ürək viran,can pərişan, ruh səfil,
Görmürsənmi sənsiz necə dağıldım?
Ayrılığın gəlişi oldu qəfil,
Qaçammadım,yerdən yerə çaxıldım!

Qəlbim yenidən başlayır sevməyə,
Unutmağa çalışdıqca mən səni.
İzin vermir izlərini silməyə,
Axı bu cür sevməmişdi kimsəni!

Əllərimdə əl izlərin soyumuş,
Gözlərimdə həsrətinin dumanı.
Çəkdiyimi çılğın səmadan soruş,
Danışacaq şimşəklərin çaxışı.

Hər gecəmdə sənsizliyin mövsümü,
Səhərləri sanıram ki,cəhənnəm.
Səndən sonra heç gördünmü üzümü,
Gülüşümün yerin alıb hüzün,nəm...

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri