Yad ocağə, yad gəlini

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 533
Səs ver:
(səs: 0)
Yad ocağın yad gəlini,
könlümün ilk qadını sən,
Adımla səsləyəcəksən
uşağının adını sən,
Şeirimlə yatırdacan,
gecələr övladını sən,
Məni belə xatırlayıb,
məni belə sevəcəksən...

Anam elçi düşən zaman,
özgəsinə,
solacaqsan,
Evdəkilər duyar deyə,
ağlamağa qorxacaqsan,
bulud kimi dolacaqsan.
Eşidəndə "yox" cavabı alıb anam,
Biraz mutlu,
xeyli qəmgin olacaqsan,
Mən ki,
mən ki, tanıyıram
səni,
belə sevəcəksən,
Məni belə sevəcəksən...

Səhər-səhər qəhərini udacaqsan,
Yoldaşını evdən işə ağırlayıb.
Axşam oldu,
yatağında göz yaşını içəcəksən,
o gəlincə yeməyini hazırlayıb..
"Gecə kimi qara saçlım"
deməyimi xatırlayıb,
Saçlarına tək-tək düşən,
dəni belə, sevəcəksən.
Məni belə sevəcəksən...

Vərəqləyib gündəliyi,
Bir keçən hər günümüzü anacaqsan,
İlin həmin günlərini,
ən əziz gün sanacaqsan.
Bayramlarda qara geyib,
o günlərdə,xatirimə,
Günəş kimi,ulduz kimi
parıldayıb yanacaqsan
ayı belə əzizləyib,
günü belə sevəcəksən...
ayı belə əzizləyib,
günü belə sevəcəksən...
Məni belə sevəcəksən...
Məni belə sevəcəksən...

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri