Bil mənsiz qalacaq sənə ağladım

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 027
Səs ver:
(səs: 0)
Ürəyim kövrəlib qəmim daşanda,
Bil mənsiz qalacaq sənə ağladım.
O uzaq uünvana yolu çaşanda,
Bil mənsiz qalacaq sənə ağladım.

Qəlbinə taqətin dözüm olmuşdum,
Gecələr yuxu tək özün olmuşdum.
Mən sənin ümüdlü sözün olmuşdum,
Bil mənsiz qalacaq sənə ağladım.

De hansıyuxuda taparsan məni,
Oyaq gecələrin sırdaşı qəmi.
Qəhərin gözümdə gizlədib nəmi,
Bil mənsiz qalacaq sənə ağladım.

Gözündə sevinci getirən hanı?!
Qəlbin axtaracaq o kölə canı.
Nə deyim itirdin əziz insanı,
Bil mənsiz qalacaq sənə ağladım.

Ömürdən aralı günün qəlbində,
Əridin hər anında hər bir dəmində.
Qayğını çəkən yox daha sənin də,
Bil mənsiz qalacaq sənə ağladım.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri