Bir anda gəldin

Şərhlər: 6
Baxılıb: 1 766
Səs ver:
(səs: 0)
Qorxmadan mənimlə donacaq ruhun,
Ömrümə şaxtada,boranda gəldin.
Fələk taleyimi sürüyüb hər gün,
Bu sınıq könlümü yoranda gəldin.

Sən gəldin könlümü tərk etdi kədər,
Döndü gülüstana o viran şəhər.
Küsmüşdü Günəş də,açmırdı səhər,
Zülmətlər dünyamı saranda gəldin.

Hər gecə əzablar edərkən edam,
Yox idi heç kimsə, mən əl uzadam.
Sən ayrı dünyasan,sən ayrı adam,
Cəllad boynum üstə duranda gəldin.

Ürəyim əbədi yerindi,ömrüm,
Səninlə həsrət də şirindi,ömrüm,
Bu sevgi dərindən dərindi ,ömrüm,
Möcüzə kimiydin,bir anda gəldin.

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri