Bu sevgidə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 102
Səs ver:
(səs: 0)
Mənim bu sevgidə ən böyük fədakarlığım,
darıxmaqdan ibarətdi.
ən böyük xəyanətim-
hər şeyə rəğmən,
hələ də nəfəs almaqdı.
Nəfəs almaq deyəndə ki,
yaşıl ağaclardan ummuram oksigen zad da.
Budeey,
elə papirosumun içindəki tütün də yaşıl olub haçansa.
öyrəşib ciyərlərim artıq onun tüstüsüylə nəfəs almağa.

Bir də,
bədənimin əsməsi tutur hərdən.
Səbəbini ustad deyir ki,
müddətcə lağım qazırmış kimi,
bir məhbus qız qaçır damarlarında,
ürəyinin dördüncü kamerasından.

və beləcə,
ömrü veririk də küləyə.
söz düşmüşkən deyim,
bu küləyin də işi dəhşətdi.
bu qədər ömrü alıb aparasan,
amma yenə də,
ömrün elə əsdiyin müddətdi.

Vəssalam!
burda başqa hər şey qaydasındadı.
Şükür Tanrıya,
bu dövrdə acından ölən yoxdu ki...
sadəcə, biraz özündən ölür adam.
Şükür,
içməyə qədəhimiz,
yeməyə qəmimiz.
Mən də son zamanlar elə iştahlıyam ki...
Biraz da darıxmağın acgözüyəm,
ona da pəhriz yazıblar.

Ceyhun Aranlı
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri