Özgəsinə ağlayan...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 5 691
Səs ver:
(səs: 0)
Özgəsinə ağlayan
gözlərində nəyəm mən?
Nəyəmsə çağır məni,
olarmı gəlməyəm mən?

Gəlim qoparım səni
Hicranın zəncirindən.
Gəlim, öpüm ruhunun
Qan süzülən yerindən.

Gözlərinin yaş çıxan
Yerindən öpüm sənin.
Əlində, ayağında
Haranda ölüm sənin?

Ölüm, hirsin soyusun,
sən qalma bu zülümdə.
Mən hər yerdə ölürəm,
elə səndə ölüm də!?

Səbrimin çatlarıdır
yanağımda çizgilər.
Səni göstərir axı
Mənə bütün güzgülər.

Sənə açılır axı,
pəncərələr qapılar.
İçində basdırmağa
mənə də yer tapılar...

Özgəsinə ağlayan
Çağır adımı, çağır!
Sənin üçün ağlayan,
Sənsiz adamı çağır!

Müəllif: Orxan Bahadırsoy
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri