Leyla Əliyeva: Axşam qonağı kədər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 077
Səs ver:
(səs: 0)
Leyla Əliyevanın "Poeziya" kitabından ən sevdiyim şeir. Bəzən insan duyğulanır və duyğularını ifadə edəcək sözləri tapıb deyə bilmir. Bu vaxt insanın köməyinə şeirlər, musiqilər, rəsmlər çatır. İnsan demək istəyib də ifadə edə bilmədiyi duyğularını belə vasitələrlə paylaşır və ruhən rahatlayır. Elə vaxt çatır ki insana kədərdən başqa heç nə dost, həmdəm ola bilmir. İnsan da ona həmdəm olur. Kədər insanı yetişdirir, böyüdür, ucaldır. Qəlbinizə kədər qonanda onu qovmayın, onda da bir hikmət var.

Günlərin bir günündə
Kədər döydü qapımı
Mən isə unutmuşdum
Qıfılları asmağı.
Başqa şey düşünmədim,
öz qəfil qonağımı
dəvət etdim içəri... –
Qonaq-qaralı evdə
darıxmaz ev yiyəsi.

Gəl, ey kədər, gəl səni,
tünd çaya qonaq edim.
Yanında da şipşirin
mürəbbələri düzüm.
Mən sənin yanındayam
ona görə darıxma;
Darıxmağa biz hələ
vaxt taparıq... nəvaxtsa.

Dan yeri sökülməmiş
bəlkə də gedəcəksən;
Gedəndə axşamüstü
geri dönəcəyini
vədə də verəcəksən...
Bəs səhər yağış yağsa,
billəm...
onda, elə səhər də
qəlbimi bərk-bərk sıxıb
orda isinəcəksən...

Bilirsənmi, ey kədər,
Səni mən gözləyirdim.
İnan ki, səninlə mən
savaşmağa da şadam.
Hətta əvvəlcədən də
çayı da cüt süzmüşdüm.
Axı yaxşı bilirəm
məni heç unutmursan,
bəzən tək həmdəmimsən...

Bilirsənmi, ey kədər,
saymamazlıq etsəydim,
səni şəksiz, şübhəsiz
qovardım həyatımdan...
Amma ümidliyəm ki,
Bəlkə özün anladın;
Mənim qızıl vaxtımı
hədərə çıxarmadın...

Bəlkə elə götürüb
saatları sındırım.?!
Axı vaxtla, saatla
Başqa cür daha necə
mübarizəyə qalxım?
Əgər mənim qonağım
olmağa qərarlısan,
buyur... nə deyirəm, qal...
Kədərsən... öz adınla
həyata yeni rəng qat...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri