Dərdin görünən üzü

Müəllif: Diablo
Şərhlər: 9
Baxılıb: 4 066
Səs ver:
(səs: 0)
İndi də həsrətlə çəkir sınağa,
Bilmirmi bu eşqin közüyəm, Allah?!
Bu qədər sitəmə nə gərək vardı,
Mənki bu sitəmin özüyəm, Allah.

Kədərlə baş- başa, qəmlə diz- dizə,
Ürək istəyirəm bunlara dözə,
Acılar yaşanar, görünməz gözə,
Mən dərdin görünən üzüyəm, Allah.

Bir gözü ağlarkən bir gözü gülən,
Həsrəti gizlədib, vüsalı bölən.
Pünhan doğuluban, pünhan da ölən,
İtmiş sevgilərin iziyəm, Allah.

Mənliyi, qüruru əzilənlərin,
Göz yaşı qəlbinə süzülənlərin,
Bu gündən ümidi üzülənlərin,
Sabaha boylanan gözüyəm, Allah.

Mənki bu sitəmin özüyəm, Allah,
İtmiş sevgilərin iziyəm, Allah.
Mən dərdin görünən üzüyəm, Allah,
Sabaha boylanan gözüyəm, Allah...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri