Bu dünya

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 2058
Səs ver:
(səs: 0)
Düşündükcə düşünürsən, dərd bəladı bu dünya.
Zəhər dolu brilyantdan piyalədi bu dünya.
Gah ağladar, gah güldürər, çəkər səni səmtinə,
Ətəyindən əl üzülməz, bir baladı bu dünya.

Ağla – dedi ağlayacan, gülmə – dedi gülməzsən,
Cəfa çəkib, can çürütsən ürəyini bilməzsən.
Cəhd eləmə yazıq canım, yox, bir rəngdə görməzsən,
Ağ, qırmızı, narıncı, göy; çox aladı bu dünya.

Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa,
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa.
Bəzən çulu cırıq olur, bəzən girir qumaşa,
Hər kim desə ağ yalandı, kəmaladı bu dünya.

Ay Şiruyə, arifləri çağır baxsın hesaba,
Kəlmələrin həqiqətsə, köçürsünlər kitaba.
Qələminə arxalanma, səni salar girdaba,
Görərsən ki, dərddə, qəmdə çavaladı bu dünya.

Müəllif: Sərraf Şiruyə
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2058
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1435
Xəbər sayı: 5
kivircik
Bu dunya fanidir fani,bu dunyada qalan hani? -deyirdi boyuk shairimiz. Heqiqeten de ,bu dunyada bashimiz her belani chekir,heyatin her uzunu goruruk. Son zamanlar eshitdiyim cavan olumleri ,insanlarin acimasiz olmagi ,qelblerde Allah qorxusu ve sevgisi olmamagi meni yandirib yaxir. Rebbim sonumuzu xeyir elesin...
19 avqust 2020 22:37
7
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 8582
Xəbər sayı: 279
❤Nilay❤Canan❤
Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa,
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa.
Bəzən çulu cırıq olur, bəzən girir qumaşa,
Hər kim desə ağ yalandı, kəmaladı bu dünya
19 avqust 2020 22:11
6
Şərh sayı: 768
Xəbər sayı: 0
Fulin
Düşündükcə düşünürsən,, dərd bəladı bu dünya.
Zəhər dolu brliyantdan piyalədi bu dünya.


Təşəkkür⭐
18 avqust 2020 11:29
5
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden..
Şərh sayı: 787
Xəbər sayı: 0
_NigaR_
Gah qaldırar, gah endirər, toxuyar daşdan-daşa,
Yaratmağı, yaşatmağı bir sirdi başdan-başa.
17 avqust 2020 17:52
4
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Insani derde salandi dunya
17 avqust 2020 16:49
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 723
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
Ağla-dedi aglayacan, gulme-dedi gulmezsen
Cefa cekib can curutsen ureyini bilmezsen
Cehd eleme yaziq canm yox bir rengde gormezsen.
Ağ, qirmizi, narinci, goy: çox aladir bu dunya.
17 avqust 2020 15:48
2
_HeRBici_SeVgiLisi_
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Düşündükcə düşünürsən, dərd bəladı bu dünya
Zəhər dolu brliyantdan piyalədi bu dünya
Gah ağladar, gah gülfürər çəkər səni, səmtinə
Ətəyindən əl üzülməz , bir bəladı bu dünya
Təşəkkürlər maraqlı şeirdi
17 avqust 2020 15:23
1
⚘⚘⚘İlk Nur ⚘⚘⚘

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri