Ya sev, ya nifrət et!

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 4 489
Səs ver:
(səs: 3)
Ya sev, ya nifrət et! Biganə qalma!
Soyuq baxışların üzür qəlbimi...
O Günəş istini əlimdən alma,
Mən də buz oluram sən donan kimi.

Ya sev, ya nifrət et, amma, gör məni,
Yanımdan beləcə ötüb keçmə sən.
Bir vaxt aramızda olub-keçəni
Geri qaytararam, əgər istəsən.

Ötsən də yanımdan səssiz-səmirsiz,
Hər şeyi gün kimi xatırlayıram.
Bir səma altında yaşayırıq biz,
Bilirəm ki, varsan..., bilirsən varam...

Yada sal, unutma, danış mənimlə,
Düşün mənim kimi hər axşam-sabah.
Ayrılıq gətirmə sən öz əlinlə,
Sevərək ayrılmaq ən böyük günah.

Məni duyursanmı, könül həmdəmim?
Mən safam, təmizəm etibarımda.
Qayıdıb tutunca əlimdən mənim,
Səninçün olacaq dualarım da!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri