Elə istəyirəm ki, unuda bilim səni...
Bezmişəm belə bəlirsiz yaşamaqdan.
Nə unut demədin mənə, nə də sevmə!
Sadəcə çıxıb getdin... Məni sənsiz etdin.
Elə istəyirəm ki, unuda bilim səni...
Belə sevgimi olar?
Nə bir xəbər bilirəm, nə üzünü görürəm, nə səsini duyuram...
Bir xoş sözünə möhtacam... Sənin sevginə möhtacam...
Elə istəyirəm ki, unuda bilim səni...
Eh!.. Gözümə görünməni, səsini eşitməni unuda bilim bəlkə.
Səni xatirimdən qoparıb atam bəlkə...
Elə istəyirəm ki, unuda bilim səni...
Yenidən bu sevgini duyum deyə..
Sənli günlərimə, ən başa dönüm deyə...
Bu dəfə yalnız deyil, elə sənin özünlə!
Müəllif:Deniz_24