Düşdün gözümdən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 253
Səs ver:
(səs: 0)
Bir vaxt ürəyimə yol axtarırdın,
Indisə yolunu saldın üzümdən.
Bir zaman sədaqət,vəfa deyirdin,
Dillərə düzülüb düşdün gözümdən.

Ruhumu oxşayan sevimli candın,
İçimdə alışıb,içimdə yandın,
Bütün vücudumu gəzdin,dolandın,
Axır ki,süzülüb düşdün gözümdən...

O yuxa ürəyim lal daşa döndü,
Ömrümün baharı sərt qışa döndü,
Varlığın gözümdə bir yaşa döndü,
Sadəcə sızılıb düşdün gözümdən...

Əlinə xəyanət bayrağı alıb,
Qəlbimdən gözümə qəm yolu salıb,
Bir az kirpiyimdən sallaşı qalıb,
Nəhayət üzülüb düşdün gözümdən...

Kimi istəyirsən onu da qına,
Xəliləm,qoymaram qürurum sına,
Nadan vəfasızlar siyahısına,
Əbədi yazılıb düşdün gözümdən..
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 6 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri