Qadın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 153
Səs ver:
(səs: 2)
Bütün incəlikləri, bütün gözəllikləri,
Mənalı baxışları, ovsunlayan gözleri…
Sadə görkəm, görünüş, ədalı yerişləri,
Yaradıbdır qadında Tanrı bu naz-qəmzəni.
 
Nə qədər gözəl baxır, nə qədər gözəl görür,
Yaranışa şükr edib, qadin özünü öyür..
Tanrım qiymətləndirib bu qədər gözəlliyi,
Yaradıbdır qadında bu ülvi özəlliyi.
 
Qadının hər söhbəti çox maraqlı bir sirdir,
Qadının gülüşləri mənalı incəlikdir..
Qadını təsvir edir səmadakı ay, günəş,
Onunçün qadın adı olur Bənövşə, Çiçək.
 
Nə qədər yazılsada, bitməz söhbətin sonu,
Tanrım gozellik bilib bəşəriyyətə onu..
Bir inci tək bəxş edib yer üzünə bir qadın,
QADIN daşıyır yalnız, müqəddəs ANA adın!!!
 
Müəllif: Nahidə Həsənli
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri