Olmasın qəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 983
Səs ver:
(səs: 0)
Biri yazır sevgi mənim güman yerim,
Biri yazır keşkə heç vaxt sevməzidim,
Biri deyir hara getdi məhəbbətim,
Mənə elə eşq göstərin qəm olmasın.

Məcnun olub yollar ölçür sevgi saylı,
Vəd verirlər görüş yeri olsun aylı,
Gəlin köçür vağzalıyla gözü yaşlı,
Mənə elə eşq göstərin nəm olmasın.

Könüllülər könülsüzlər itir batır,
Kimi qüssə kimi isə,sevinç tapır,
Birisidə gicəllənib tində yatır,
Mənə elə eşq göstərin dəm olmasın.

Arzular çox sevənlərin ürəyində,
Əyyaşlardı gəzir mələk görkəmində,
Əziz dostlar məhəbbətin aləmində,
Mənə elə eşq göstərin kəm olmasın.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri