Sənə bir şeirlər olub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 503
Səs ver:
(səs: 1)
Zaman alıb dözümün,
Daha səni yorubdu.
İllərin ağrıları,
Ürəyinə dolubdu.
Necə də dəyişmisən,
Görməyəli mən sənə,
Bir şeirlər olubdu.

Yox, yox bu sən deyilsən!
Gözlərindən buz yağır.
Soyumuş baxışından,
Neçə isti söz yağır.
Zillənib bir nöqtəyə,
Xəyallara dalıbdı.
Necə də dəyişmisən,
Görməyəli mən sənə,
Bir şeirlər olubdu.

Soyuqluğun ülgüctək,
Sol yanımı kəsir çox.
Səsin yaman dəyişib,
Yarpaq kimi əsir çox.
Yoxsa keçən bu illər,
Səni səndən alıbdı?
Necə də dəyişmisən,
Görməyəli mən sənə,
Bir şeirlər olubdu.

Müəllif: Rüfət Sabirli
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri