Gəlmə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 559
Səs ver:
(səs: 2)
İndi həyatımın çöküb dizləri
Qəfil xarabalığa dönsəm də gəlmə
İndi sevgimizin dolub gözləri
Sənsiz göz yaşını silsəm də gəlmə

Gəlmə ürəyimin həvəssiz halı,
Qovur gözlərimdən sənli xəyalı
Bu odsuz ocaqda yandım yanalı
Mən səni xilaskar görsəm də gəlmə

Yazdım ayrılığı, danışmadım ki,
Qəddar qərarına qarışmadım ki,
Deyirlər hər ömür yanan ulduzdu
Gün olar mən sənsiz sönsəm də gəlmə

Azıb taleyimi yolda qalsam da
Kimlərin gününə gedib çıxsam da
Özüm öz ömrümə qəddar olsam da
Zalım özgələrlə bölsəm də gəlmə

Ömrün ortasına ayrılıq salan
Divanə eşqindən aralı qalan
Özgə sevdalarda alısıb yanan
Bir gün həsrətində ölsəm də gəlmə
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri