İstənilən halda, hər qadın bir qızının olmasını istəyir. Yox, ona görə yox ki, oğlan onun ürəyincə deyil. Evin içində anasına oxşamaq istəyən balaca gözəlçə qaçır, bu sadəcə əladır: ayaqlarına böyük ayaqqabıları geyinməsi, güzgü qarşısında bəzənməyə çalışması, anasının dodaq boyasından istifadə etməsi və oyuncaqlarına sevimli valideynin təqlidini edərək tərbiyə verməsi. Onunla bütün dünyadakı hər şeyi etmək olar, saçlarını hörmək, yemək bişirməyi öyrətmək, paltar almaq… Gözəl cinsin hər bir nümayəndəsi bu böyük xoşbəxtlik haqqında xəyal qurur.
Sadəcə təəccüblüdür, onlar necə də oxşardırlar! Analar və onlara çox oxşayan kiçik qızlarının şəkilləri son dərəcə təsirlidir! Görünür bu dünyadakı ən səmimi və təbii hisslərdir. Zaman ildırım sürətilə uçur, ona görə də ananız ilə keçirə bildiyiniz hər andan zövq alın. O, sizə sahib olduğunuz ən dəyərli şeyi verib — həyatınızı. Siz ona nə verirsiniz verin, o sizə yüz dəfə artığını verəcək, dünya belə qurulub. Sonuncu dəfə nə vaxt ananıza sadəcə onu sevdiyinizi demək üçün zəng etmisiniz? Sizə dünyanı göstərən şəxs barədə heç vaxt unutmayın!