Kürək dekoltesi - İstər kürək dekoltəsi olan köynək, istərsə də don kişilərin bəyəndiyi geyimdir. Əlbəttə ki, kürək dekoltesi geyinməzdən əvvəl kürəyinizin gözəlliyindən və cazibəsindən əmin olmalısınız. Eyni anda həm ayaqları, həm sinəni, həm də kürəyi açmaq olmaz. Əks halda gözəlliyin bütün sehrini itirərsiniz...
Boxer Şort - Aşırı seksual, krujevalı alt paltarından daha bəsit bir seçim var. Boxer şortlar bəlkə də kişilərə aid parça olduğu üçün ən çəkici geyimlər arasında zirvədə dayanır. Söhbət əlbəttə ki, qadınlar üçün tikilən boxer şortlarından gedir...
Ağ kişi köynəyi - Qadın çəkicliyini artıran daha bir geyim. Filmlərdə sevgilisinin ağ köynəyini geyinən qadınları yadınıza salın... Kişilərə aid olan ağ köynək hər qadının qarderobunda olmalıdır.
Hündür daban ayaqqabı - Bu isə təzə xəbər deyil... Əlbəttə ki, kişilər bütün hündür daban ayaqqabı geyinən qadınları cazibədar olduğunu düşünmür. Əgər o ayaqqabılarda gəzməyi bacarmırsınızsa, bəxtinizi digər geyimlər üzərində sınaqdan keçirin.