Məzuniyyətdə görkəminizi itirməmək üçün TOP-7 üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 729
Səs ver:
(səs: 1)
Məzuniyyət acımasızdır. Sizin bütün əziyyətləriniz suya düşürməklə yanaşı, artıq çəkilər də bəxş edə bilər. Belə hallarla üzləşməmək üçün aşağıdakı üsullarla tanış olun.
 
Qida
"Hər şey daxil” sistemi ilə istirahətə gedilən zaman təqdim olunan bütün nemətlərdən dadmamaq "günahdır”. Amma hər şeyi bir gündə yemək məcburiyyətində deyilsiniz. Hər gün birinin dadına baxın, dözə bilmirsiniz isə porsiaları azaldın. Əks halda piylənmə və xolesterindən boyun qaçıra bilməyəcəksiniz.
 
Masaj
Düşünürsiz ki, idmançılar keflərindən masaj elətdirirlər. Xeyir, masaj tonuslaşdırıcı vasitə olaraq, əsəb sistemini stabilləşdirir, yorğunluğu götürür, immun sistemi funksiyasını gücləndirir. Məşqdən öncə əla isitmə prosesidir.
 
Trenajor
Hər bir elit otelin trenajor zalı vardır. Gün ərzində 30-40 dəqiqə məşq sizə fit görkəminizi saxlamağa kömək olacaqdır. İlk iki gün adaptasiya, uyğunlaşmaya buraxın, üçüncü gündən məşq edə bilərsiniz.
 
Soyuq su
İsti, trenajor, tərləmə sizin orqanizminizdə su balansını pozmamalıdır. Gün ərzində 2 litr su içməlisiniz (şirələr bura aid deyil). Su nə qədər soyuq olarsa, bir o qədər yaxşıdır. Soyuq su susuzluğu və aclıq hissini aradan götürür. Orqanizm mədədə suyu qızdırmaq üçün kalori itirir.
 
Ayaqlarınızı işlədin
Dəniz kənarında şezlonqda boş-boş uzanacağınıza, gəzərək yeni yerləri kəşf edə bilərsiniz. Bunu əsasən axşam yeməyindən sonra etməyiniz məsləhətlidir. Yediyiniz yağları yandırmaq lazımdır.
 
Aktiv istirahət
İstirahət – günəşdə yanıb, kokteyl içib qızlara baxmaqdan ibarət deyildir. Buna görə qalxın volleybol oyunlarına qoşulun, tennis kortlarında top oynadın. Bədəniniz açılar, kalorilər gedər, baxarsız qızla da tanış olarsınız.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 729
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri