Kişilər üçün bədən yığmaqla bağlı tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 239
Səs ver:
(səs: 0)
1. Əzələ qrupuna düşən iş yükü
Burada siz qızıl ortanı tapmalısınız. Yanaşma və təkrarlar sizi stresə salmayacaq qədər optimal olmalıdırlar. Az yanaşma əzələ qrupunu stimullaşdırmayacaq, çox yanaşma isə mərkəzi sinir sisteminizi zədələyəcək.

2. Əzələ kütləsini yığmaq müddəti
İdmançı nə qədər quru olsa, kalori profisiti bir o qədər ona kütlə yığmağa kömək olacaq. Kütlə yığmaq müddətini ənənəvi 6 aydan 12 aya qədər artırın. Daha sonra quruma prosesinə keçin, əks halda keyfiyyətli əzələ yığımı olmaya bilər.

3. Yanaşmalarda təkrarların sayı
Əksər kişilər bir yanaşmaya 7-10 təkrar prinsipi ilə məşq edirlər. Bu bildiyiniz kimi bütün fitnes dünyasında qəbul edilmiş normadır. Lakin güc göstəricilərinizi belə artıra bilməyəcəksiniz. Naturallar bilməlidirlər ki, onlar ilk növbədə güclənməlidirlər ki, sonra daha ağır çəkilərlə kütləni artıra bilsinlər.

4. Əzələnizi sıxın
Əgər işiniz əsnasında başqa şeylər düşünür və avtomatik pilota almış şəkildə davam etsəniz, sağlam əzələlərə sahib ola bilməyəcəksiniz. Əgər yanaşmaya diqqətinizi cəmləmək istəyirsinizsə hər ağırlıq qaldıranda əzələlərinizi sıxdığınıza əmin olun. Əgər bunu etsəniz bir müddət sonra çox möhkəm əzələlərə sahib olduğunuzu görəcəksiniz

5. Susuz qalmayın
Susuz qalmamağın təsirini göstərən ən yaxşı görünüş qurumuş meyvə görünüşüdür. Xəyal edin. Qurumuş meyvələr bürüş-bürüş və ölü bir görünüşə malikdir. Digər tərəfdən təzə bir pomidoru xəyal edin. Necə sulu və canlı görünür elə deyil mi? Əgər pəhrizinizdə kifayət qədər su istifadə etsəniz bu təsir əzələləriniz üçün də etibarlı olacaq. Kifayət qədər maye qəbul etsəniz, əzələlərinizə gedən damarlarınızda da kifayət qədər qan və maye olacaq, bununla da canlı və təzə görünüşlü əzələlərə sahib olcaqsınız.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri