Qadınlar üçün: sükan arxasında bəladan qurtulmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 318
Səs ver:
(səs: 3)
Bu gün sükan arxasında əyləşən qadınların sayının getdikcə artdığı hamıya məlumdur.Onların sükan arxasındakı özünə inamına və professionallığına söz yoxdur. Lakin sükanı idarə edən zaman zərif cinsin nümayəndəsi narahat olurmu?

Bir çox qadınlarımız sükan arxasında əyləşərkən baş verən qəzanın şahidi olduqda və ya qəza riski olduqda stress yaşayırlar. Statistik araşdırmalar nəticəsində məlum olub ki, avtomobil və yol hərəkəti qaydalarının düzgün dərk edilməsində və qəza riskindən xətasız-bəlasız xilas olmaqda qadınlar kişilərə nisbətən 40% zəifdirlər. Odur ki, sürücülük məktəbinin müəllimi Ziya Abdullayev bizə bu haqda bir neçə məsləhət verdi. O artıq 15 ildir ki, sürücülük dərsləri keçir və tələbələrinin 73%-i xanımlar olub. Odur ki, əziz xanımlar, məsləhətlərini nəzərinizə çatdırıram:

1. Əmin olun ki, maşın qaydasındadır
Avtomobili sürməzdən əvvəl əmin olmaq lazımdır ki, o qaydasındadır. Yanacaq gedəcəyiniz yerə bəs edəcək? Yolüstü harada yanacaq doldura bilərsiniz? Sonuncu dəfə yağın və suyun səviyyəsini nə vaxt yoxlamısınız? Maşın həmişəki kimi işə salınır, yoxsa yad səslər eşidirsiniz? Təkərlər qaydasındadır? Yola çıxmamışdan qabaq iki dəqiqənizi sərf edib avtomobili yoxlanışdan keçirtsəniz, yolda bir neçə saatlıq ləngiməkdən qaça bilərsiniz.

 


2. Marşrutu planlaşdırın
Əgər sizin marşrutunuz tanımadığınız istiqamət üzrədirsə, onda xəritəni yaxşı öyrənin və yolu yadda saxlamağa çalışın. Qabaqcadan daha təcrübəli sürücülərdən yolu soruşmağa utanmayın. Salonlarda marşrutu planlaşdırmağa kömək edən kompüter naviqatorlu avtomobil sifariş etmək olar. Eyni naviqatorlar ayrı da satılır - bu halda siz salonda onu müstəqil bərkidə bilərsiniz.

3. Komforta fikir verin
Əgər sükan arxasında yeriniz rahatdırsa, idarə zamanı heç nə fikrinizi yayındıra bilməz. Kreslonu və arxa görünüş güzgülərini elə nizama salın ki, komfort maksimum dərəcədə təmin olsun. Kondisioneri optimal temperaturda saxlayın. Mobil telefonu "Hands-free” qurğusuna qoşun – qəzaların yüksək faizi sürücülərin bir əlində telefonu saxlayaraq sükanı idarə etməsi ucbatından baş verir. Amma hətta hands-free ilə mobil telefon danışıqlarını minumuma yaxınlaşdırmaq lazımdır ki, diqqət yayınmasın.

4. Qabaqcadan yola çıxın
Əgər vaxtınız varsa, yola bir az tez çıxın. Belə halda siz kifayət qədər rahat və xoşagəlməz hadisələrdən uzaq olacaqsınız. Gecikdiyiniz zaman əsəbləşirsiniz və tez-tez yol hadisələrinə gətirib çıxara bilən təhlükəli manevrlər edirsiniz. Getdiyiniz yol 2-3 saatlıqdırsa, yolda dayanmaq, su içmək və istirahət etmək lazımdır.

5. Yol hərəkəti qaydalarına riayət etməli
Bəzən yol nişanları sürücülər üçün heç bir əhəmiyyət daşımır və lazımsız olur. Yol hərəkəti qaydalarında qaydalar və sürət məhdudiyyətləri aydın formada verilir. Ona riayət etməklə siz öz şəxsi təhlükəsizliyinizin qayğısına qalmış olursunuz. Kəskin manevrlərdən çəkinin: əgər bir sıradan digərinə keçmək istəyirsinizsə və yaxınlıqda olan avtomobili görməmisinizsə, düzgün hərəkət zamanı hər iki sürücünün toqquşmadan qaçmaq imkanı olur.

6. Diqqətli olun
Yolda dolaşıq gedən, gah sağa, gah da sola keçən avtomobillərdən ehtiyatlı olun. Belə avtomobildə sükan arxasında sərxoş, təcrübəsiz, yaşlı biri ola bilər. Yaxud da avtomobilin texniki vəziyyəti nasazdır. İmkan daxilində yük maşınlarına, avtobuslara yaxınlaşmayın. Bu nəqliyyat vasitələrində ətrafın görüntüsü minik avtomobillərindən daha pis vəziyyətdə ola bilər və ya yerini dəyişən zaman sürücü sizi görməyə bilər. Yük maşınının ardınca gedirsinizsə, 20-30 metrlik məsafə saxlayın. Yük maşınlarının arxa təkərlərinin arasında balaca daşlar qalır və bunlar hərəkət zamanı sizin maşınınızın üstünə gələ bilər. Zibil daşıyan yük maşınlarındakı böyük predmetlər (vedrələr, bellər, quraşdırmalar və s.) maşınınız və sağlamlığınız üçün təhlükə yarada bilər.



7. Zolaqlar üzrə hərəkətə riayət edin
Öz zolağınız üzrə ciddi hərəkət edin: yol-nəqliyyat hadisəsi zamanı günahsızlığınızı sübut etmək daha asan olacaq. Hətta belə hərəkət zamanı qəzanın başvermə faizi də aşağıdır. Həm də zolaqda mərkəzdən bir az daha solda dayanmaq daha yaxşıdır. Sol hissəni siz daha yaxşı görürsünüz və nəzarət etməyiniz daha asan olur.

8. Avtomobil sürərkən uşaqlarınıza ciddi qanun tətbiq etməlisiniz
Həyati vacib məsələlərdə ancaq anasının diqqətini özünə cəlb edə bilər. Digər sualları isə sonraya saxlamaq olar, məsələn, işıqforda soruşa bilər. Uşaqlar özləri ilə oyuncaqlarını, kitablarını, qulaqcıqlı pleyerlərini və elektron oyunlarını götürə bilərlər ki, darıxmasınlar.

9. Ən əsası əsəbləşməyin
Şəhərin yolları - bu böyük, arası kəsilməyən stresdir və sizin işiniz ona tabe olmamaqdır. Əgər yolda hansısa bir vəziyyət sizi özünüzdən çıxardırsa, dayanın, sakitləşin və yalnız bundan sonra yola davam edin.
Çalışın, sükan arxasında stress və narahatlıq yaşamayın! Yollarınızda uğurlar.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri