Bu
gün sükan arxasında əyləşən qadınların sayının getdikcə artdığı hamıya
məlumdur.Onların sükan arxasındakı özünə inamına və professionallığına
söz yoxdur. Lakin sükanı idarə edən zaman zərif cinsin nümayəndəsi
narahat olurmu?
Bir çox qadınlarımız sükan arxasında əyləşərkən
baş verən qəzanın şahidi olduqda və ya qəza riski olduqda stress
yaşayırlar. Statistik araşdırmalar nəticəsində məlum olub ki, avtomobil
və yol hərəkəti qaydalarının düzgün dərk edilməsində və qəza riskindən
xətasız-bəlasız xilas olmaqda qadınlar kişilərə nisbətən 40% zəifdirlər.
Odur ki, sürücülük məktəbinin müəllimi Ziya Abdullayev bizə bu haqda
bir neçə məsləhət verdi. O artıq 15 ildir ki, sürücülük dərsləri keçir
və tələbələrinin 73%-i xanımlar olub. Odur ki, əziz xanımlar,
məsləhətlərini nəzərinizə çatdırıram:
1. Əmin olun ki, maşın qaydasındadır
Avtomobili
sürməzdən əvvəl əmin olmaq lazımdır ki, o qaydasındadır. Yanacaq
gedəcəyiniz yerə bəs edəcək? Yolüstü harada yanacaq doldura bilərsiniz?
Sonuncu dəfə yağın və suyun səviyyəsini nə vaxt yoxlamısınız? Maşın
həmişəki kimi işə salınır, yoxsa yad səslər eşidirsiniz? Təkərlər
qaydasındadır? Yola çıxmamışdan qabaq iki dəqiqənizi sərf edib
avtomobili yoxlanışdan keçirtsəniz, yolda bir neçə saatlıq ləngiməkdən
qaça bilərsiniz.
2. Marşrutu planlaşdırın
Əgər
sizin marşrutunuz tanımadığınız istiqamət üzrədirsə, onda xəritəni
yaxşı öyrənin və yolu yadda saxlamağa çalışın. Qabaqcadan daha təcrübəli
sürücülərdən yolu soruşmağa utanmayın. Salonlarda marşrutu
planlaşdırmağa kömək edən kompüter naviqatorlu avtomobil sifariş etmək
olar. Eyni naviqatorlar ayrı da satılır - bu halda siz salonda onu
müstəqil bərkidə bilərsiniz.
3. Komforta fikir verin
Əgər
sükan arxasında yeriniz rahatdırsa, idarə zamanı heç nə fikrinizi
yayındıra bilməz. Kreslonu və arxa görünüş güzgülərini elə nizama salın
ki, komfort maksimum dərəcədə təmin olsun. Kondisioneri optimal
temperaturda saxlayın. Mobil telefonu "Hands-free” qurğusuna qoşun –
qəzaların yüksək faizi sürücülərin bir əlində telefonu saxlayaraq sükanı
idarə etməsi ucbatından baş verir. Amma hətta hands-free ilə mobil
telefon danışıqlarını minumuma yaxınlaşdırmaq lazımdır ki, diqqət
yayınmasın.
4. Qabaqcadan yola çıxın
Əgər
vaxtınız varsa, yola bir az tez çıxın. Belə halda siz kifayət qədər
rahat və xoşagəlməz hadisələrdən uzaq olacaqsınız. Gecikdiyiniz zaman
əsəbləşirsiniz və tez-tez yol hadisələrinə gətirib çıxara bilən
təhlükəli manevrlər edirsiniz. Getdiyiniz yol 2-3 saatlıqdırsa, yolda
dayanmaq, su içmək və istirahət etmək lazımdır.
5. Yol hərəkəti qaydalarına riayət etməli
Bəzən
yol nişanları sürücülər üçün heç bir əhəmiyyət daşımır və lazımsız
olur. Yol hərəkəti qaydalarında qaydalar və sürət məhdudiyyətləri aydın
formada verilir. Ona riayət etməklə siz öz şəxsi təhlükəsizliyinizin
qayğısına qalmış olursunuz. Kəskin manevrlərdən çəkinin: əgər bir
sıradan digərinə keçmək istəyirsinizsə və yaxınlıqda olan avtomobili
görməmisinizsə, düzgün hərəkət zamanı hər iki sürücünün toqquşmadan
qaçmaq imkanı olur.
6. Diqqətli olun
Yolda
dolaşıq gedən, gah sağa, gah da sola keçən avtomobillərdən ehtiyatlı
olun. Belə avtomobildə sükan arxasında sərxoş, təcrübəsiz, yaşlı biri
ola bilər. Yaxud da avtomobilin texniki vəziyyəti nasazdır. İmkan
daxilində yük maşınlarına, avtobuslara yaxınlaşmayın. Bu nəqliyyat
vasitələrində ətrafın görüntüsü minik avtomobillərindən daha pis
vəziyyətdə ola bilər və ya yerini dəyişən zaman sürücü sizi görməyə
bilər. Yük maşınının ardınca gedirsinizsə, 20-30 metrlik məsafə
saxlayın. Yük maşınlarının arxa təkərlərinin arasında balaca daşlar
qalır və bunlar hərəkət zamanı sizin maşınınızın üstünə gələ bilər.
Zibil daşıyan yük maşınlarındakı böyük predmetlər (vedrələr, bellər,
quraşdırmalar və s.) maşınınız və sağlamlığınız üçün təhlükə yarada
bilər.
7. Zolaqlar üzrə hərəkətə riayət edin
Öz
zolağınız üzrə ciddi hərəkət edin: yol-nəqliyyat hadisəsi zamanı
günahsızlığınızı sübut etmək daha asan olacaq. Hətta belə hərəkət zamanı
qəzanın başvermə faizi də aşağıdır. Həm də zolaqda mərkəzdən bir az
daha solda dayanmaq daha yaxşıdır. Sol hissəni siz daha yaxşı görürsünüz
və nəzarət etməyiniz daha asan olur.
8. Avtomobil sürərkən uşaqlarınıza ciddi qanun tətbiq etməlisiniz
Həyati
vacib məsələlərdə ancaq anasının diqqətini özünə cəlb edə bilər. Digər
sualları isə sonraya saxlamaq olar, məsələn, işıqforda soruşa bilər.
Uşaqlar özləri ilə oyuncaqlarını, kitablarını, qulaqcıqlı pleyerlərini
və elektron oyunlarını götürə bilərlər ki, darıxmasınlar.
9. Ən əsası əsəbləşməyin
Şəhərin
yolları - bu böyük, arası kəsilməyən stresdir və sizin işiniz ona tabe
olmamaqdır. Əgər yolda hansısa bir vəziyyət sizi özünüzdən çıxardırsa,
dayanın, sakitləşin və yalnız bundan sonra yola davam edin.
Çalışın, sükan arxasında stress və narahatlıq yaşamayın! Yollarınızda uğurlar.