Ərlə qaynatanın dəhşətli cinayəti: 2 ayın gəlini işgəncə ilə öldürüldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 990
Səs ver:
(səs: 6)
Türkiyənin İzmir şəhərində yenicə ailə həyatı qurmuş 19 yaşlı gənc qadın vəhşicəsinə qətlə yetirilib.

Qadinlar.Biz Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, 2 ayın gəlini olan Pınar Y. qaynatası və həyat yoldaşı tərəfindən döyülərək öldürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi isə məlum deyil. 

İşgəncə verilmiş gənc qadın ölümcül halda şəhər xəstəxanasının yaxınlığına atılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bədənində ağır yaraların olduğunu və üzünün ütü ilə yandırıldığını deyən həkimlər Pınarın ağır işgəncəyə məruz qaldığı qənaətinə gəliblər.

Polis cinayətdə şübhəli bilinən Pınar Y.-nın həyat yoldaşı M.Y. və qaynatası S.Y. barəsində axtarışa elan edib. Faktla bağlı araşdırma aparılır.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 6 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri