Aysel Əlizadə: “Daha çox intim istirahəti sevirəm” - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 28 021
Səs ver:
(səs: 3)
"Misiri görəndən sonra dedim ki, bu ölkədə çevriliş olacaq"

İstirahət insanın bir haldan başqa hala keçməsidir. Bəlkə də, öz təbii halına qayıdışıdır. Onu bir mə-dəniyyət də saymaq olar. Kimi bunu cibinə, kimisi də ruhuna uyğun tapır... O yerdə ki, insanın gözü-könlü dincəlir, deməli, buna nə pul, nə də azlığından gileyləndiyimiz zaman lazımdı.

Tərcüməçi-yazar Aysel Əlizadə düşünür ki, insan tək özü-özü ilə də istirahət edə bilər. Və özü ilə tək qalmağı bacarmayanlar qorxulu insanlardı. Bununla belə, həmsöhbətimiz yay boyunca türklər demiş, doyasıya istirahət edənlərdəndi.
Beləliklə, yay istirahətindən Aysel Əlizadə danışacaq.

"İstanbul mənimçün hər şey deməkdi”

Bakının yayını sevmirəm. Bakı və yay anlayışları mənim üçün bir-birinə yad məfhumlardı. Bakıda ha-valar isinən kimi "hara gedim?” deyib az qala havalanıram. Bu il də iyun başlayan kimi üz tutdum Türkiyəyə.

Dostlarım da mənə məsləhət gördülər ki, bu yay istirahət elə, işləmə. İstirahət adı ilə getdim Ankara-ya, amma orada da dinc dayanmadım, işlədim. Ankarada kitabımın təqdimatı oldu, ictimai xadimlər-lə görüşdüm. Təbii ki, şoppinq etdim. Ümumiyyətlə, Türkiyə, İstanbul mənim üçün hər şey deməkdi. Sevgimin şəhəridi İstanbul.

Görən kimi vurulmuşam İstanbula, bu şəhərin havasına, görünüşünə... Orada aldığım nəfəs də azad-dı. Mənim üçün İstanbul azadlıq şəhəridi həm də...

"Şəhərdən kənarda insanlar özüdü”

Türkiyədən dönəndən sonra bölgələrimizdə oldum - Quba, Xaçmaz, Nabran, Qəbələyə getdim. Həm yol yaxın olduğuna, həm də havasını sevdiyimə görə tez-tez gedirəm bu rayonlara. Şəkidə ilk dəfə oldum, çox sevdim oranı. Şəki klassik türk mədəniyyətini saxlayan bölgələrimizdəndi. Əsl yolçu hə-yatı yaşadım. Sonra Qəbələ, Oğuz, İsmayıllıda oldum. Növbəti səfərimi Naxçıvana planlaşdırıram.

Şəhərdən kənarda insanlar özü olur, saflıq, doğmalıq adamı çəkir...

Mən o sahədə təmsil olunuram ki, insan nüfuzu yalnız əməyi və şəxsi ilə qazanır, bu sahədə hörmətli olmaq insanı qürurlandırır. Mən bunu bölgələrdə hiss edirəm...
Şəhərkənarı həyat üçün çox darıxıram, kənd həyatı üçün həmişə içimdə bir nostalji var. Mənə elə gə-lir, əvvəlki həyatımda əyalətdə böyük bağçam, evim olub...

"Braziliyanın ehtiraslı toplumunu gözümlə görmək istəyirəm”

Yaradıcı insanın istirahət məkanı üçün seçimi olmamalıdı, məncə. Belə insanlar həm ekzotik, həm ta-rixi, həm də meqapolisləri görmək istəyir və görməlidi. Müşahidələr sonra hansısa əsərin ana xətti ola bilər, hansısa məsələyə real münasibəti sərgiləyər. Mən Misiri görəndən sonra gəlib dedim ki, bu ölkə-də çevriliş olacaq, üstündən heç bir il keçməmiş orada üsyanlar başladı. Kasıbçılıq, dilənçilik baş alıb gedirdi...

Qadınlar daha çox dəbdəbəli, modern şəhərlərdə olmaq istəyir, amma belə şəhərlər mənə çoxqatlı gö-rünmür. Arzusunda olduğum ölkə Braziliyadı. Oranın ehtiraslı toplumunu, kultunu, estetikasını, təbi-ətə bağlılığını gözümlə görmək istəyirəm. İspaniya, Çin də zəngin kultu olan yerlərdi. Avropa ölkələ-rində olmamışam, növbəti yolçuluğum yəqin ki, Avropa olacaq.

Səfərlər zamanı ekskursiyanı sevmirəm, yoruluram. Hansısa tarixi abidəyə heyranlıqla baxmaq, ma-raqlanmaq mənlik deyil. Bu da görünür, tarixi sevməməyimlə bağlıdı. Hayıl-mayıl olduğum tarixi yer Misir olub. Piramidaları, Sfinksi görəndə mat qalmışam.

"Qadınlar daha yaxşı istirahət edirlər”

Xaricdə daha çox alış-veriş etməyi sevirəm, çünki Azərbaycanda bunu etməyim mümkün deyil. Çün-ki buna nə vaxtım, nə də həvəsim olur. Alış-veriş mənə görə insan üçün çox önəmlidi. Əsəbi bir vax-tımda özüm üçün aldığım adi bir saç sancağı kefimi aça bilər.

Yaponların bir fikri var, dərdli vaxtında axmaq qadın ağlayar, ağıllı qadın alış-veriş edər.
Düşünürəm ki, qadınlar daha yaxşı istirahət edirlər. Birlikdə yemək hazırlamaq, kartla fala baxmaq, şeir oxuyub musiqiyə qulaq asmaq, intim mövzularda söhbət edə bilmək və daha nələr, nələr.... Am-ma mənə görə kişilərin birlikdə istirahəti bəsit keçir. Uzaqbaşı kimdənsə danışar və saatlarla bir yerdə oturub nələrisə müzakirə edə bilərlər. Başqa heç nə...

"Daha çox intim - öz-özümlə istirahəti sevirəm”

Ən gözəl istirahətim qızımla keçirdiyim vaxtlardı. Onunla istirahətim xöşbəxtlidkdi mənim üçün. Elə olur ki, səhərdən axşama qədər birlikdə gəzirik. Uşaq istirahət mərkəzlərində dincəlməyi xoşlayıram. Uşaqlarla olmaq ləzzət verir, bu da ondan irəli gəlir ki, qadınlar həm də uşaqlığını qoruyub saxlamağı bacarır. Onlar uşaq kimi ağlamağı, sevinməyi bacarır...

Kollektivlə, kampaniya ilə birgə istirahət etməyi sevən deyiləm. Daha çox intim - öz-özümlə istirahəti sevirəm, hətta bir həftə belə tək-tənha istirahət edə bilərəm. Baş-başa qalmaq istədiyim insanlar olsa da, həmişə yanımda kiminsə olmasını arzulayan biri deyiləm, mənim üçün ən qiymətli nəsnə insanın özü ilə tək qala bilməsidi.

Mən o adamlardan qorxuram ki, onlar öz təkliklərindən zövq ala bilmir və darıxmamaq üçün məni ax-tarırlar. Bu həmin adamın qaçmaq istədiyi, mənə sırımaq istədiyi tənhalığıdı. Düşünürəm ki, yalnız ruhu bir-birinə yaxın olan iki xoşbəxt insan birlikdə yaxşı istirahət edə bilər...

 

 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 28 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri