Ayselin (ad şərtidir) 26 yaşı var.
Qadınlar.Biz strategiya.az-a istinadən xəbər verir ki, o Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Amma ali məktəbi bitirdiyi üç il ərzində ixtisası üzrə çalışmayıb.
Dediyinə görə, əslən Zaqataladan olsa da, Bakıda anadan olub. Məktəb
illərindən rəqslə məşğuldur, mütaliə etməyi sevir. Hər halda çəkdiyi
yazıçı adları, oxuduğu əsərlərdən gətirdiyi sitatlar bunu deməyimə əsas
verir. Dövrü mətbuatda gedən yazılar haqda yetərincə polemika etmək olar
bu xanımla. Bütün bunları ona görə sadalayıram ki, qəhrəmanımın
haqqında yetərincə fikriniz formalaşsın.
Ayselin bir özəlliyi də var-surətpərəstdir. Yəni hər şeydə vizuallıq
axtarandır. Elə gedişatda da başa düşəcəksiniz ki, onun bütün həyatını
alt-üst edən bu cəhəti olub. Hərçənd ki, özü "baş verənlər heç vecimə də
deyil" söyləyir. Bəlkə də qürur məsələsidir. Necə deyərlər, özünü
sındırmaq istəmir. Qalanlarını isə qəhrəmanım özü danışır: