Hüzurum (3-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 5 832
Səs ver:
(səs: 0)
Gənc adam öz yataq otağındaki boy aynasında saçlarını düzəldirdi. Havalı saçlara və özünə olduqca yaraşan saç kəsiminə sahib idi.

Bədəninə tam olan polis formasını geyindi. Silahlı kəmərini belinə bağladı və aynadan qarşı divardakı saata baxdı və 7 olmasına sayılı dəqiqələr qaldığını gördü. Bir tək ailəsinin evində səhər yeməyi yeyərdi çünki anası səhər yeməyi yemədən göndərməzdi. Öz evində isə nadirən səhər bir şeylər yeyərdi o da bazar günləri saat 10 12 kimi. Yuxuya dəli bir adam idi Əli amma işi gərəyi yuxu saatları az idi.

Amma evləndiyi gündən bu yana səhər yeməyi hər zaman hazır idi və bu vəziyyət onu dəli edirdi. O qızın hazırladığı yeməyi yemirdi və yeməyəcəkdi. Onun üzündən həyatı qararmışdı və bunu edə bilməzdi.

O qızı yəni biricik arvadını düşünmək belə əsəblərinin yerindən oynamasına bəs edirdi. Adı Hüzur idi amma o qız Əlinin hüzursuzluğu idi...

Hirslə otağından qapını sərtcə çırpıb çıxdı və mətbəxdəki süfrəni görüb daha da əsəbləşdi. Masanın başında əlləri belində dururdu.

Hüzur telinin hər zamankı alarmı ilə günə gözlərini açmışdı. Sübh namazına özü qalxa bilmədiyi üçün alarmı ona kömək olurdu. Gözlərini ovuşduraraq yatağından qalxdı və hamama gedib dəstəmazını aldı və otağına geri dönüb namaz paltarlarını geyindi. Başını da örtdükdən sonra huşu içində namazını əda etdi.

Duasını da edən gənc qız cəld mətbəxə getmiş və hər zamanki kimi sevdiyi adam üçün qəhvaltı hazırladı yenə yeməyəcəyini bilərək. Amma yenə bir ümid deyirdi qəlbi. Bəlkə bu səfər hazırladığı yeməyi yeyər. Bu onun qəlbinin səsiydi və ağlı isə hər zamanki kimi 'özünü aldatma' deyirdi. Hüzur gözləri dolmuş bir şəkildə süfrəni hazırladı. Onun qəhvaltıda ən çox sevdiyi şeyin gözləmə olduğunu qaynanasından öyrənmişdi. O hər səhər bişirsə də Əli heç vaxt bir parça belə yemirdi.

Üzülürdü?

Həm də çox və sanki qəlbi yerindən söküləcəkmiş kimi acı çəkirdi.

Hazırlıqları bitincə ərinə görünmədən otağına girdi gənc qız. Çünki ərinin dəqiq bir təlimatı var idi. "Əsla amma əsla gözümə görünmə çünki səni görmək həyatımı qaraldır."

Bu... Bu acı kəlmələr sevdiyi adamın dodaqlarından tökülən və qəlbinin qanamasına səbəb olan sözlərdi. Hələki bu qanamalara dayanan qəlbi nə zaman parçalanar bilmirdi. Otağında yatağının üstündə ayaqlarını sallayaraq əli dodaqlarının arasında dırnağını yeməyə başlamış, ərinin qapını sərtcə çırpmasını gözləyirdi və hər keçən dəqiqə daha da həyəcanlanır, ümidlənirdi.

Görəsən səhər yeməyinimi yeyir?

Bu düşüncə hər saata baxdığında daha da qüvvətlənir və bir ümid işığı yanmağa başlamışdı.

Bu ümid işığının nə qədər yanacağı isə müəmma idi.

Əli bir müddət qəhvaltı masasına baxdı və bu əsəblərinin daha da tarıma çəkilməsinə səbəb olurdu. Bu qız nə qədər axmaq və sözdən anlamayan birisi idi belə!

"Sənə neçə dəfə deyəcəm mənim üçün yemək hazırlama!" deyə kükrəyən adam masanın üstündəkiləri yerlə bir edib paramparça etdikdən sonra qapını çırpıb evdən çıxdı. Bilmədiyi isə o parçalanan şüşə əşyaları ilə birlikdə onu sevən eşq dolu bir qəlbi də qırmışdı.

Hüzur eşitdiyi kükrəmə, ardıyca da eşitdiyi parçalanma səsləri ilə olduğu yerdən qorxuyla diksindi. Nə etmişdi ki, buna layiq görülmüşdü?

"Ah‚ ata ah... Səni necə bağışlayım!" deyərək uzandı və gözlərindən axan yaşlarla birgə töküldü dodaqlarından eşqin acı halı.

Əli...
Eşqimin ilk və ən saf halı...
Hər hərəkətin necə qırır məni bir bilsən...
Amma olmur...
Məni nə qədər qırsan da qopa bilmirəm səndən...
Eşqimdən vazkeçə bilmirəm...
Sən mənim qanayan yaramsan...

Əli maşınına mindiyi kimi sürətlə sürməyə başladı. Əsəbini qaza köklədikcə basdırırdı çünki Əli. Əli üçün sürət vaz keçilməz bir şey idi.

İdarəyə gəlincə də əsəbinin biraz yatışması ilə içəri girdi və dostlarına baş salamı verdi.

"Ooo Əli müəllim külək kimi əsib yenə." deyən Hüseynə doğru əsəblə döndü Əli. Bəzən bu boşboğaz dostunun boğazına yapışmaq istəyirdi.

"Diqqət elə bu külək savrulmağına səbəb olmasın!" deyərək kəskin bir şəkildə qarşılığını verdi gənc adam.

"Boşboğazlığı buraxın və hazırlanın. Əli, Hüseyn, Əmir və Yaqub, siz dördünüz cəld BDU-ya gedib orada növbətçi duracaqsınız. Bunun üçün özəl tələb gəldi." deyərək otağa girən rəis etiraz qəbul etməyən səsiylə söyləyəcəyini söyləmişdi.

"Səbəb?" dedi Əli və cavabı gözlədi. Çoxdan ayağa qalxmışdı.

"Səbəbi bu aralar qarışıqmış ora. Bəzi tələbələr mitinq edirmiş."

Daha çox məlumata gərək yox idi. Dörd dost cəld hazırlanıb universitetə getmişdi. Bu dörd polis gənc qızların heyran baxışları ilə qarşılanmışdılar.

"Brat, bu işi sırf buna görə lap çox sevirəm də."

"Hüseyn, sənin bu avaralığın və hədsizliyin..."

"Aaa Yaqub nə avaralığımı və hədsizliyimi görmüsən?" deyən Hüseyn gülürdü.

"Ağzımı açma da indi mənim." deyən Yaqub ətrafı diqqətlə izləyirdi. Məryəm Ağayeva
"Evli adamın halı da budur da." deyərək qarşılığını verən Hüseyn ətrafa çapqınca baxırdı.

"Evliyəm, xoşbəxtəm. Ən azından həyatımın nə isə mənası var, sənin kimi boş yaşamıram." deyən Yaqub əsəblə danışmış və artıq danışmaq istəmədiyini başını çevirərək bildirmişdi.

"Əli, sənə nə oldu duruldun."

"Boş boş danışma Hüseyn. Biraz ciddi ol."

"Ee sizinlə də söhbət eləmək ol-..." deyən Hüseyn susub qaldı və baxışları tək bir nöqtədə kilidlənib qaldı.

Hüzur yerindən hüzursuzca tərpəndi və uyuşan bədəninin açılmasını gözlədi. Bir neçə dəqiqə sonra özünə gəlincə saata baxdı və universitetə getmə zamanının gəldiyini gördü.

Yerini yığıb əynini dəyişdi. Bənövşəyi uzun paltarını geyinib başını örtdü. Çantasını və kitablarını alıb qapıya yönəldi. Mətbəxə heç baxmadan altı düz ayaqqabılarını geyinib qapını kilidləyib evindən çıxdı.

Evi...

İki həftədə mənimsəmişdi evi də, yaşadıqlarını da, yaşayacaqlarını da...

İlk bir iki gün dayanacağın yerini öyrənməkdə çətinlik çəksə də sonunda öyrənmişdi.

Avtobusa minən gənc qız qulaqcıqlarını taxıb xarici səslərdən uzaqlaşmağa çalışdı.

Univeristetin qapısında görüşən iki rəfiqə birlikdə universitetə girdilər. Hüzurun dodaqlarında əyrilti duran gülümsəmə Nuranə tərəfindən görülmüşdü.

"Üzülmə və istəmədiyin heç bir şeyi eləmə."

"Əlimdə deyil Nuraş inan ki."

"Keçəcək deyə bilmərəm çünki mən də qarşılıqsız sevmişəm və sevməyə də davam edirəm. Mən nə qədər unutmaq istəsəm də ürəyim bunu rədd edir."

"Unutmaq istəmirəm və ürəyim yana yana sevirəm mən." deyə bildi güclüklə. Boğazına çökən üzüntü nəfəsini daraldırdı.

"Pambıq şəkər alım sənə?" deyərək ortadakı rəhavəti ustaca qapadan Nuranə, rəfiqəsinin bu təklifə əsla 'yox' yeməyəcəyini çox yaxşı bilirdi.

"Doğurdan?" deyərək uşaq kimi sevinclə əl çırpan gənc qız bir yandan da dostuna minnətlə baxırdı. Danışıqların rəngini dəyişdiyi üçün. Qara ikən qırmızıya çevirdiyi üçün. İki dost pambıq şəkərlərini kiçik parçalar qopararaq yeməyə başlamış və dodaqlarına qonan məsum təbəssümlə univeritetin həyətinə girmişdilər. Əllərindəki pambıqlara başları o qədər qarışmışdı ki, nə polisləri, nə də onlara baxan gənc qızların ələ salan baxışlarını görməmişdilər.

"Mənim gördüyüm xəyaldır yoxsa həqiqətən mələkdir?" deyən Hüseyn heyran baxışlarını bir an olsun gənc qızdan çəkməmişdi. Hüseyn də dostlarının ələ salan baxışlarına məruz qalmışdı.

"Görək kimdi bu xəyal qədər gözəl mələk?" deyən Əli sonunda əsəbi keçmiş bir şəkildə üzündəki şəhanə gülümsəməsi ilə dostunun baxdığı yerə baxmış və gördüyü gerçək ilə dişlərini sıxmışdı.

O axmaq qız nə etdiyini sanırdı?!

"Hansı, iki dənə qız var." deyən Əmir də söhbətə qatılmışdı.

"Bənövşəyi geyinən." dedi Hüseyn heyranlıqla.

❣❣

"Quzu bugün ikimiz də nə təsadüf eyni rəng geyinmişik."

"Aynən Nuraş. Planlasaq bacarmarıq e." deyərək gülümsədi Hüzur və rəfiqəsinin qoluna girərək boş bir yerə oturdular.

❣❣

Əli bir yandan dişlərini sıxarkən bir yandan da əllərini yumruq tutmuşdu.

Yatışan əsəbi yenidən peyda olmuşdu və yenə eyni insan tərəfindən.

Çox sevdiyi arvadı, sıxıntılarının qaynağı Hüzur...

Sonra özünə əsəbləşdi. O qız onu niyə maraqlandırırdı ki? Nə edirsə etsin. Bu düşüncə ilə dərin bir nəfəs almağa çalışdı amma edə bilmədi çünki gələn düşüncə ilə nəfəsi yarımçıq qaldı.

O axı onun arvadı idi! Başqasının arvadına baxmağına necə icazə verə bilərdi axı? Bu kişiliyə sığarmıydı?

Tam dostuna tərəf dönmüşdü ki, onun yanında olmadığını və qızların yanında olduğunu gördü.

O da əsəbi addımlarla Hüseynin başında durduğu masaya doğru getmişdi. Dik duruşu, qumral təni və forması ilə tam da xarizmalıq abidəsi idi.

Hüseyn masanın başına gəlmiş və ona baxan gözlərə baxmağa davam edirdi.

"Salam gözəl gözlü xanım." deyərək danışmağa başladı. Eee bir yerlərdən başlamaq lazım idi, deyilmi? "Tanışıq?"

"Tanış ola bilərik istəsən, ki mən çox istərəm." deyərək boş stullardan birinə çoxdan oturmuşdu Hüseyn.

Bu sözləri eşidən Əli güclə dayanmışdı, bu səfər boğazına yapışacaqdı artıq.

"O dediyiniz kinolarda olur. İndi isə gedə bilərsiz." deyən gənc qız baxışlarını masadan heç qaldırmırdı. İlk başda bu polis forması geyinən adamın üzünə baxmış və ardıyca da baxışlarını tez qaçırmışdı.

Hüseynin gülən üzü düşərkən, Əli 'bax belə' dedi içindən.

"Bu qədər şou bəsdir Hüseyn." deyən Əli kəskin baxışlarla dostuna baxırdı.

"Bu gözəl gözlü xanım mənə bir daha baxsın gedərəm."

"Ala sən-" deyən Əli tam masaya tərəf əyilmişdiki eşitdiyi təzahürat səsləri ilə başı aşağı, stola baxan arvadına sərtcə baxıb cəld uzaqlaşmışdı ordan və təbii ki, dalıyca da Hüseyn. Hüseyn nə qədər bivec biri olsa da söhbət işindən gedirsə əsla keçəcəyi yox idi.

"Hər haqqa sahibik!
Susdura bilməzsiniz!
Susma susduqca sıra sənə də gələcək!"

Bunlar kişik bir qrupdan yüksələn səslər idi. 4 polis də bu göstəriyə son vermək üçün qruba yönəlincə ortalıq qarışdı.

Qupdakılar polislərə qarşı gəlincə belə alınmayacağına qənaət gətirən Əli "Kəsin bunu!" deyib qrubub sözcüsünün yanına gəlib bu şounun sonlanmasını, yoxsa başqa yollara baş vuracaqlarını demişdi.

Qrup dirənincə başqa bir qrup daha gəlmiş və hər yer xaosa dönmüşdü.

Hüzur və Nuranə masalarına oturan və özü üçün danışan polisi dinləmişdilər. Ardıyca gələn polis səsi ilə ikisi də şaşırsalar da şübhəsiz ən çox təəccüblənən Hüzur olmuşdu. Çünki ərinin səsi idi və qorxusundan baxışlarını qaldırıb da baxa bilməmişdi."Ərin artıq universitetə növbətçi durmağa damı gəlir, həm də səni qorumaq üçün."

"Əlbəttə ki, elə deyil. Bu aralar qarışıqdı axı universitet, yəqin ona görə. Həm o mənimlə maraqlanmır belə."

"Ona görə iş yoldaşına elə sərt davrandı?"

"Sadəcə işini edirdi. Sən onu boş ver e, o biri oğlanı necə etkilədin sən."

"Amaan. ALLAH'ın avarasıdır da. Gərəksiz məxluqat." elə bu sözü demişdi ki, səslərin yüksəlməsi ilə iki gənc qız bir birinə baxdı qorxuyla.

Masadan cəld qalxıb səsin gəldiyi yerə getdilər. Polislər, sivillər, bağırışmalar, ortalıq qarışmışdı.

"Hüzur daha qabağa getməyək, gəl içəri girək." deyərək pilləkənlə irəlilədilər. Bu həngamənin içində olmaq istəmirdilər amma gecikmişdilər. Pilləkəndə yaranan basırıqda qrubun içində olmayanlar, ki bunların içində Hüzur və Nuranə də vardı, qışqırmağa başladılar qorxuyla.

Vəziyyət daha da qarışarkən, bağırışlar, səslər bir birinə qarışmış, gələn polislər sərt işlətməyə məcbur qalaraq bir neçə nəfəri tutmağa məcbur qalmışdılar. Pilləkənlərdəki həngamədə bir neçə nəfər yıxılmış və bir neçə nəfər də yerə düşənlərin üstündən keçir, əllərinə və ayaqlarına basır və acıyla inləyən gənclərin səsi bağırışların arasında itirdi. Onlardan bri də Hüzur idi.

Gənc qız arxasından itələyən biriylə dengesini itirib yerə yıxılınca önündən keçənlər də o həngamədə diqqət etməyib üstündən keçir ya da pilləkənlərə tutunmuş olan incə və narin əllərinə basıb acı çəkməsinə səbəb olurdu.

"Hüzur!" deyə qışqıran Nuranə cəld rəfiqəsinin yanında diz çöküb onu özünə gətirməyə çalışdı çünki gənc qız bayılmışdı.

"Bəsdiii! Durun artıqq! Dərdiniz nədir sizin!" deyə qışqırıb bir yandan da yerdə yaralı bir şəkildə bayılan rəfiqəsini ayıltmağa çalışdı amma rəfiqəsi ayılmırdı heç cür. İnsanlar yavaş yavaş dağılınca cəld polislərin yanına gedib rəfiqəsinin qəlbini oğurlayan və acı çəkdirən ərinə qaşlarını çataraq "Arvadın pilləkənlərdə bayılıb. Zəhmət olmasa gəl xəstəxanaya aparaq!" dedi.Dostlarının hamısı Əliyə baxırdı çünki onun evli olduğunu bilmirdilər.

"Sən evlisən?"
"Nə vaxt evləndin?"
"Bizim niyə xəbərimiz yoxdur?"

Bu və buna oxşar suallar.

Əli qarşısındakı qıza əsəblə baxırdı. Onsuz da səhərdən bəri əsəbiydi bu da üstünə duz olmuşdu.

"Məni maraqlandırmır." deyərək arxasını döndü və maşınına minərək ordan uzaqlaşaraq qaza basdı.

Arxasında isə təəccüblü əsəbi bir gənc, onun yanında da təəccüblü iş yoldaşları...
3-cü bölümün sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri