Məşhurların hansı ölkəyə girişi qadağandır? - siyahı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 170
Səs ver:
(səs: 0)
Dünyada milyonlarla pərəstişkarı olan bir sıra məşhurun bəzi ölkələrə girişi qadağan edilib.

Manşet.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar arasında Paris Hilton, Bred Pit, Beyons kimi tanınmış simalar yer alıb.

Paris Hiltonun Yaponiyaya girməsi qadağan olunub. Buna səbəb isə narkotik vasitələrdir.

Ledy Gaga bəzi mahnıları ucbatından Malaziyaya gedə bilmir.

Lindsey Lohana Hindistanda qadağa qoyulub. Lohan bu ölkəyə turist vizasıyla gedib və ölkədəki uşaq, qadın ticarəti haqda BBC üçün reportaj hazırlayıb. Ölkə rəhbərliyi isə Lohanın turist vizasıyla Hindistanda çalışmağının qanunsuz olduğunu bildiririb və ona qadağa qoyub.

Beyonsun Malaziya ərazisinə girişi qadağandır.

Bred Pit rol aldığı "Tibetdə 7 il" adlı filminə görə Çin tərəfindən qadağaya məruz qalıb.

Mayli Sayrus aşağıda gördüyünüz bu şəkil ucbatından tənqid edilib və Çin tərəfindən ölkəyə girişi qadağan olunub.

Riçard Gir
də Tibetə verdiyi dəstəyə görə, Çinin qadağa qoyduğu məşhurlar sırasındadır.

Nişanlısı Rihannanı döydükdən sonra Kris Brounun İngiltərəyə girişi qadağan edilib.

Məşhur "Beatles" qrupunun Filippinə girişi qadağan idi. Buna səbəb isə birinci xanımı incitməkləri olub.

"50 Cent" şiddət təbliğatı apardığı üçün Kanadaya girişi qadağandır.

 

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 170
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri