Zarinanın sevgidən bəhs edən yeni klipi - video-fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 660
Səs ver:
(səs: 2)
Gənc müğənni Zarina Məmmədova yeni klipini təqdim edib.

Manşet.Az-ın
məlumatına görə,  "Bir acı” adlanan klip bu gündən etibarən Zarinanın rəsmi "Youtube" kanalında internet istifadəçilərinin ixtiyarına buraxılıb.

Xəbər verdiyimiz kimi, klipi məşhur türk rejissoru Kamal Başbuğ çəkib. Üç gün Qəbələdə davam edən çəkilişlərdə peşəkar komanda işləyib və xüsusi texnika cəlb olunub.

Mahnının musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovaya, aranjiman isə Caner Tepecikə məxsusdur.

Zarinanın klipdə tərəf müqabili olmayıb. Sevgidən bəhs edilən ekran işində gənc xanımın acı çəkməyi göstərilib.  

Yeni layihəsindən razı qalan Zarina açıqlamasında belə deyir:

"Həm mahnıdan, həm də klipdən çox razıyam. Yanında işini bilən adamlar varsa, deməli, hər şey yolundadır. Bu klipə çox əziyyət çəkdik. Nəticənin bu cür yaxşı alınması bütün yorğunluğumu çıxartdı. Həm mahnının müəlliflərinə, həm rejissora, həm də İstanbul və Bakıdan Qəbələyə gələn 30 nəfərlik komandaya təşəkkür edirəm. Ümidvaram ki, tamaşaçılarım da ən azı mənim qədər bəyənəcək”.

Mahnının bəstəkarı Pərviz Mahmudov da musiqinin tam Zarinanın səsinə uyğun yazıldığını xüsusi qeyd edib:

"Bir acı" heç bir ifaçıya bu qədər yaraşmazdı. Zarina mahnıya ürək qoyub. Çox da gözəl alınıb. Mahnının müəllifi olaraq qeyd etmək istəyirəm ki, bu, məhz Zarinanın halal mahnısıdır. Ondan başqa da heç kim bu mahnını oxuya bilməz”.

Qeyd edək ki, Zarinanın imici üzərində stilist Elnur Həsənov çalışıb. Təşkilati işləri isə müğənninin layihələrini reallaşdıran Nahid Eminoğlu və prodüseri Təranə Səmədova həyata keçirib.
[media=http://www.youtube.com/watch?v=NeFP9p1k6Ac]


(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri