Azərbaycanda iki məktəblinin qəlb sızladan sevgi faciəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 8 707
Səs ver:
(səs: 8)
Sevgili olan 10-cu sinif şagirdləri ayrılmamaq üçün bel kəmərləri ilə özlərini asıblar

Xaçmaz rayonunda asılmış vəziyyətdə meyitləri tapılmış iki məktəblinin intihar səbəbləri məlum olub.

Qadınlar.Biz xəbər verir ki, Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov anspress-ə açıqlamasında intiharının səbəblərinin məlum olduğunu deyib.

Onun sözlərinə görə, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər: "Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub.

Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb. Valideynlər meşə massivinə gəliblər və orada gənclərin asılmış vəziyyətdə olan meyitləri ilə qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub”.

Hadisə ilə əlaqədar olaraq Xaçmaz rayon Prokurorluğunda özünə qəsd etmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, İntihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib. Meyitləri tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı olub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir.
(səs: 8)
Şərhlər: 10
Baxılıb: 8 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri