Yaralı əsgərlərimizin durumu ilə bağlı açıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 381
Səs ver:
(səs: 1)
Cəbhə xəttində baş verən atışmalar zamanı yaralanan və Silahlı Qüvvələrin Baş Klinik Hospitala gətirilən əsgərlərimizin müalicəsi davam etdirilir.

Bu barədə anspress-ə Silahlı Qüvvələrin Baş Klinik Hospitalından məlumat verilib. Bildirilib ki, onların səhhətində yaxşılaşma müşahidə olunur:

"Hazırda onlar müalicə olunurlar. Həyatları ilə bağlı heç bir təhlükəli vəziyyət baş verməyib. Hospitala cəbhə bölgəsindən yeni yaralı əsgər gətirilməyib. Xəstələr həkimlərin nəzarəti altındadır”.

Qeyd edək ki, ötən gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov yaralıların vəziyyəti ilə bağlı açıqlama verib. O, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssislərinin bölgələrə ezam olunduğunu bildirib:

"Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib.

Hazırda hospitalda olan yaralıların heç birinin həyati təhlükəsi yoxdur. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır".
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri