Xalq artisti dünyasını dəyişdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 492
Səs ver:
(səs: 0)
Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova dünyasını dəyişib. "Şöhrət” ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Qeyd edək ki, Tamilla Mahmudova Azərbaycanda doğulub, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. Moskva konservatoriyasını və professor Y. Zakın sinfində aspiranturanı bitirib. Rusiyada və xarici ölkələrdə dinləyicilər T. Mahmudovanı geniş diapazonlu ifaçı kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Lakin Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, A. Məlikov və A. Sultanovanın musiqisi T. Mahmudovanın konsert proqramlarında həmişə xüsusi yer tuturdu. Sənətçi bu bəstəkarların əsərlərini daim xüsusi şövqlə ifa və təbliğ edirdi.Qara Qarayevin fortepiano prelüdləri silsiləsinin tam halda ifası bu pianoçunun böyük nailiyyəti olub.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri