“Güclü kişinin başını aşağı salan qadını varsa...” - İlhamə Qasımova

Müəllif: Antikvar
Şərhlər: 6
Baxılıb: 2 309
Səs ver:
(səs: 0)
1. Karyera qadının mənliyini, əxlaqını heç kimin qarşısında alçaltmamaq üçün çox önəmlidir. Karyera qadının özünü qorumaq tərzidir.

2. Analığından, övladından imtina edən qadını bağışlamaq olmaz.

3. Evlilik qadını olğunlaşdırır.

4. Kişilər üçün əsgərlik necə böyük imtahan hesab olunursa, evlilik də qadın üçün o cür çətin və məsuliyyətli imtahandır.

5. Qadın emosional olsa da, kişidən qat-qat dözümlüdür. Elə buna görə də qadınlar kişilərdən daha çox yaşayırlar.

6. Qadınlar çox hiyləgərdir. Heç təsadüfi deyil ki, Adəmi də məhz Həvva yoldan çıxarıb.

7. Avropalı qadınlar ailədə çətinliklə üzləşəndə, hətta uşaqları olsa belə, "axı mən həyatımı niyə kiməsə qurban verməliyəm?” deyə düşünür. Azərbaycan qadını isə ilk növbədə ətrafını - atası, qardaşı, əri, övladlarını fikirləşir və hər şeyini qurban verir ki, təki onlar yaxşı olsun, mən yaxşı olmasam da, olar.

8. Qadın əxlaqını düzgün formalaşdırırsa, heç bir baryerdən, qadağadan söhbət gedə bilməz.

9. İnsan azad yaşamalıdır. Qadağanı ancaq sağlamlığa zərər vurula biləcəyi halda qoymaq olar.

10. Sofi Loren deyir ki, hər qadın bir cür gözəldir. Nədənsə, bu sitatı hamı bəyənir, amma belə düşünməyi lazım görmürlər.

11. Çirkin sayılan qadında elə bir gözəllik ola bilər ki, dünyanın ən gözəl qadını da ona paxıllıq edər.

12. Qadının qəlbi gözəl olmalıdır. Ürəyin kin, küdurət doludursa, o insanın gözəlliyi də məhv olub gedəcək.

13. Qadınla kişinin gücü vəhdət təşkil etməlidir. Güclü kişinin əgər evdə hərəkətləri, davranışı ilə onun başını aşağı salan qadını varsa, onun gücü heç bir işə yaramaz.

14. Qadının həyat prinsipi prinsipsizlik olmalıdır!

15. Həyatı planla qurmaq olmaz. İşi müəyyən qayda, plan, prinsiplə yaratmaq olar.

16. Qadın hər andan həzz almalı, azad, firavan yaşamalı, özünü çərçivələrə salmamalıdır. Çünki cəmi bircə həyatımız var.

17. Sevilən qadın olmaq üçün səmimi olmaq şərtdir!

18. Qeyri-səmimilik, yalanla kiminsə xoşuna gəlsəniz, əsl xasiyyətiniz üzə çıxanda sevilən yox, nifrət edilən qadına çevriləcəksiniz.

19. Sevilmək qadına müsbət təsir göstərir, xasiyyətini mülayimləşdirir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri