İlhamə Quliyevanın mirası GÖRÜN KİMƏ QALDI? - Orxan varis kimi qəbul edilmədi ŞOK!

Müəllif: Nigar
Şərhlər: 4
Baxılıb: 3 261
Səs ver:
(səs: 0)
Bir neçə gündən sonra xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişməsinin bir ili tamam olacaq.
Axşam.az bildirir ki, müğənni rəhmətə gedən gündən onun mirası üstündə qalmaqal yaranıb. Mərhumun oğlu kimi tanınan Orxan Nadirov bütün var-dövlətin ona, ifaçının bacıları isə onlara aid olduğunu deyiblər. Bütün bu məsələdən sonra Orxanın İ.Quliyevanın doğma oğlu olmadığı, övladlığa götürdüyü və onu rəsmi olaraq oğlu kimi nüfuzuna keçirmədiyi ortaya çıxıb.
Aylardır davam edən miras davası yekunlaşıb. Bəlli olub ki, məhkəmə O.Nadirovu İ.Quliyevanın oğlu kimi qəbul etməyib və bütün var-dövlət bacılarının və qardaşının övladları arasında bölüşdürülüb.
"VARİS XALAUŞAQLARI, BİBİUŞAQLARI OLDU"

O.Nadirovun hüququnu müdafiə edən vəkil "ATV maqazin onlarla" verilişində açıqlama verib. O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb:
"Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Amma şikayətimiz təmin olunmadı. O ki qaldı İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə... Vərəsələr kateqoriyası beş növə bölünmüşdü: Xalauşaqları, bibiuşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, xalauşaqları və bibiuşaqlarının şikayəti təmin olundu və varis kimi tanındılar. Miras da onlara qaldı".
"İŞ HƏLƏ BİTMƏYİB"

İlhamə Quliyevanın sağlığında vəkili olan, hazırda O.Nadirovun miras məsələsinə baxan Elmira Məmmədova bununla bağlı açıqlama verib. E.Məmmədova əməkdaşımızla söhbətində deyib ki, iş Bakı Apellyasiya Məhkəməsinə verilib:
"Bilmirəm, miras Orxandan alındı, yoxsa qaldı. Hər şey tam bitməyib. İş apellyasiya məhkəməsinə verilib. Bu işə Habil Vəliyev baxırdı. Hazırda o, həbs edilib. İndi mən bu məsələ ilə bağlı ayağa qalxmışam. Qanunda Orxana da pay düşürdü, bu, məcburi pay adlanır. Ögey bacı-qardaşlar vərəsə kimi çıxıb. Xanım sağ olanda Orxanın adına heç nə qoymayıb. Bacı-qardaşlar da bundan istifadə edib ortaya atıldılar və məhkəməni uddular. Qanun da yaxın qohum-əqrəbanın miras davası açmasına imkan verir. Orxan da İlhamə Quliyevanın yaxın qohumu hesab edilir. Amma bu gün hər şey qohum-əqrabadadır. Orxan hazırda Apellyasiya Məhkəməsinə müraciət edib. Bu iş hələ tamamlanmayıb".
"BU MİRASI YEMƏK OLMAZ"
İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov mirasın kiməsə verilməsinin tərəfdarı olmadığını deyib. O bildirib ki, müğənninin adına xeyriyyə fondu yaradılsın və onun mirası buna xərclənsin:
"Ailə məsələlərinə qarışmıram. Onlarla məsləhətləşməmiş heç nə deyə bilmərəm. Amma mirasın kiməsə qalmasının tərəfdarı deyiləm. İlhamə Quliyevanın arzusu xeyriyyə fondu yaratmaq idi. İstəyirdi sənəti olub, imkansızlıqdan əziyyət çəkənlərə kömək olsun. İstəyirəm ki, onun mirası hesabına fond yaradılsın, İlhamə xanımın sənəti yaşadılsın. Bu mirası yemək olmaz. Bu fondu yaratmaqla onu yaşadarlar. İlhamə xanımın bir qardaşı rəhmətə gedib, övladları var. Bir bacısı da dünyasını dəyişib. İki bacısı qalıb, onlarla isə İlhamə xanımın münasibəti olmayılb. Onun hamı ilə ünsiyyəti var idi, bacılarının uşaqlarının toyunu da edib. Amma onlardan isti münasibət görməyib. Demirəm ki, İlhamə xanım son nəfəsinə qədər mənimlə ünsiyyətdə olub, miras qalsın mənə. Mirasın bazardakı kimi bölünməsini dəstəkləmirdim. İlhamə bir dənə sənəd qoymayıb ki, kimsə bunun mirasına sahib olsun. Bu məlumatları da başqaları yaxşı bilirlər. Xalasının nəvəsi bir-iki dəfə maşını sürüb, o da iddia edir ki, mənimdir. Hamısı mirası yeyib-dağıtmaq məqsədi daşıyır. Vaxtı gələndə sözümü deyəcəyəm. İlhaməni yaşatmaq üçün onun fondunu yaradacağam. Hətta ona bir jurnal da həsr edirəm. Heç kim yaxınlaşmır, deyirlər, ölüb-gedib də, neyləyirsən jurnalı? Amma bu deyilənlərə fikir vermirəm".
Məsələ ilə bağlı İ.Quliyevanın övladlığa götürdüyü O.Nadirovdan fikir öyrənmək istəsək də, o, zənglərə cavab verməyib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 261
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri