"Əli və Nino"da Nino rolunu bu qız oynayacaq - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 779
Səs ver:
(səs: 1)
Britaniyanın "PeaPie Films" kino şirkəti Məmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsəri əsasında ekranlaşdırılan eyniadlı filmin hazırlıqlarına başlayıb.
Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandıracaq.
"Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanmış Valverdə artıq Bakıdadır. O, şəxsi Instagram hesabında Bakı hazırlıq prosesini əks etdirən fotoları paylaşıb.

Qeyd edək ki, Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci idə Berlində alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.

 

 

 

(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri